Ukrayna hərbçiləri Rusiyanın Nikolayev şəhərindəki bazaya raket hücumu endirib.

Nəticədə azı 80 rus əsgərinin həlak olduğu bildirilir. Bu barədə sosial şəbəkə istifadəçiləri Telegramda yazıb. Qeyd olunur ki, Nikolayevdəki hərbi baza tamamilə dağılıb. Dağıntılar altında da çox sayda əsgərin qaldığı bildirilib. Ukrayna ordusu hücumla bağlı şərh verməsə də, Nikolayev şəhərinin meri Oleksandr Senkeviç hücumdan əvvəl sirenləri işə salmağa vaxt olmadığını və raketlərin yaxınlıqdakı Xerson şəhərindən atıldığını qeyd edib. Rusiya mediasında isə bu barədə məlumat yoxdur.

Sevinc MURADXANLI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN