Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib. Bu barədə Ria-Novosti məlumat yayıb.

Söhbət zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il razılaşmalarının reallaşdırılmasının praktiki tərəfləri nəzərdən keçirilib. Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə üçtərəfli işçi qrupun fəaliyyətinin aktivləşdirilməsinə xüsusi diqqət yetirilib.

Həmçinin, ikitərəfli münasibətlərin gündəliyinə daxil olan məsələlər müzakirə olunub. Dövlət başçıları bundan sonra da Azərbaycan – Rusiya strateji tərəfdaşlığının möhkəmləndirilməsi niyyətində olduqlarını ifadə ediblər.

Bununla yanaşı, söhbət zamanı müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN