Prezident Vladimir Zelenski Ukraynanın ərazi bütövlüyü və suverenliyindən güzəştə getməyəcəyini vurğulayıb.

Bu barədə o, CNN-ə müsahibəsində deyib... "Təzadlar" CNN-ə istinadla bildirir ki, müxbir Zelenskidən Rusiyanın tələbləri, o cümlədən Krımın Rusiyanın bir hissəsi kimi tanınması və ORDLO ərazilərinin müstəqil respublikalar kimi tanınması, habelə Ukraynanın heç vaxt NATO-ya üzv olmayacağına dair təminat barədə sual verib. Prezident belə cavab verdi: “Elə kompromislər var ki, biz müstəqil dövlət kimi onlara hazır ola bilmərik... Ərazi bütövlüyümüz və suverenliyimizlə bağlı heç bir kompromis yoxdur və bu barədə Ukrayna xalqı artıq sözünü deyib. Rus əsgərlərini gül dəstələri ilə qarşılamırdılar, cəsarətlə qarşıladılar, əllərində silahla qarşıladılar".
 Zelenski deyib ki, Rusiya “başqa ölkə vətəndaşlarının rəğbətini zorla qazana bilməz”. Sitat: “Siz başqa ölkənin prezidentini nəyisə tanımağa məcbur edə bilməzsiniz”, o əlavə edib. Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirib, lakin xəbərdarlıq edib ki, danışıqlara dair bütün cəhdlər uğursuz olarsa, bu, iki ölkə arasında mübarizənin “üçüncü dünya müharibəsi”nə gətirib çıxaracağı anlamına gələ bilər. "Mən onunla danışıqlara hazıram. Mən son iki ildə də hazır olmuşam. Və düşünürəm ki, danışıqlar olmadan bu müharibəni bitirə bilməyəcəyik", - Zelenski bildirib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN