Ukrayna prezidenti Volodimir Zelenski "Telegram" hesabından görüntülü mesaj paylaşaraq müharibənin 25-ci gününü dəyərləndirib.

Ukrayna prezidenti Rusiya dövlət başçısı Vladimir Putinlə tez və ya gec dialoq üçün bir araya gələcəyini söyləyib.

O, bu görüşün Qüdsdə belə təşkil edilə biləcəyini bildirib: "Rus ordusu 25 gündür icad ettiyi Ukrayna nasistlərini axtarır, ama tapmır".

Zelenski onu da qeyd edib ki, rus ordusunun 20 martda Mariupolda həyata keçirdiyi hava hücumu nəticəsində çox sayda insanın sığındığı məktəb binasının dağılıb: "Hələlik neçə insanın həyatda qaldığını bilmirik, amma bombanı atan pilotun mütləq tapılıb sivilləri öldürən digər pilotlar kimi cəzalandırılacağına əminəm".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN