Rusiyanın Ukraynadakı döyüş gücü müharibə başlayandan bəri ilk dəfə işğaldan əvvəlki səviyyəsinin 90%-dən aşağı düşüb.


Tezadlar.az The Guardian-a istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndəsi bildirib.
Sitat: "Birləşmiş Ştatlar hesab edir ki, Rusiya fevralın 24-də Ukraynaya hücumdan əvvəl Ukrayna ətrafında 150 000-dən çox əsgər toplamışdır, həmçinin genişmiqyaslı hücum üçün kifayət qədər təyyarə, artilleriya, tank və digər atəş gücü var idi. Biz Rusiyanın döyüş gücünün 90 faizdən bir qədər az olduğunu təxmin edirik".
Müdafiə Nazirliyinin sözçüsü Rusiyanın Ukraynanı ələ keçirmə qabiliyyətini də tənqid edərək, mənəvi problemləri, komandanlıq məsələlərini, çağırışçılardan asılılığı və Kiyevə irəliləyişin dayandırılmasını təsvir edib.
Xəbər verildiyi kimi, Britaniya silahlı qüvvələrinin kəşfiyyat idarəsi hesab edir ki, Ukrayna hava məkanında Rusiya Federasiyası üzərində üstünlüyünü qoruya bilib və bununla da Rusiyanın əsas vəzifələrindən birinin icrasını pozub. Bu isə faktiki müharibənin indiki mərhələsində aydın görünür.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN