Ukrayna Silahlı qüvvələri Kiyev yaxınlığındakı Lukyanovka qəsəbəsini azad edib və rusların ştabı darmadağın edilib, 40 hərbçinin meyiti ortada qalıb...

Tezadlar.az CNN-ə istinadla bildirir ki, Kiyevin terrorçulardan müdafiəsinin rəhbəri Petro Kuzık telemarafonun efirində bu barədə danışıb. Kuzikin birbaşa çıxışı: "Kiyev ətrafında bəzi uğurlar var. Düşmən daha da sıxışdırılıb. Dünən sol sahildə Barışevka ərazisində yaşayış məntəqələrinə, məsələn, Lukyanovkaya uğurlu hücum oldu, qəsəbə tamamilə azad edilib. Bu, işğalçıların belə bir qalası-ştabı  idi. Bir neçə yüz əsgər, tank və texnika var idi. Avadanlıqlar yandırıldı, tanklar sıradan çıxarıldı, bəzi texnikalar qənimət kimi götürüldü.
Təəssüf ki, yalnız qırx işğalçı məhv edildi, bu təsdiqlənir, qalanları qaça bildi, meşənin bir hissəsində gizləndilər. Ordumuz indi onları axtarır və tapdıqları yerdə məhv etməyə çalışır...".
Kuzik, həmçinin bildirib ki, Ukrayna müharibədən əvvəlki ilə müqayisədə tankların, zirehli texnikanın sayını artırıb - onlar döyüşlərdə ruslardan qənimət kimi götürülüb və ya zədələnmiş maşınlar isə təmir edilib yenidən döyüşə buraxılır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN