Rusiyada Jirinovskinin ölümünü elan edən hakimiyyət orqanları təkzib edir

Rusiya KİV-ləri və senatorlar Rusiya Federasiyası Dövlət Dumasında LDPR fraksiyasının rəhbəri Vladimir Jirinovskinin ölməsi barədə məlumat yayıblar. Tezadlar.az RİA Novosti-yə istinadla bildirir ki, bu barədə senator Aleksandr Pronyuşki danışıb. Eıəcə də RBC Dövlət Dumasındakı mənbələrə, FSB-yə yaxın Mash teleqram kanalına, Sputnik təbliğatçılarına istinadən xəbər paylaşıblar. Bütün mənbələr  Rusiyalı siyasətçinin 75 yaşında dünyasını dəyişdiyi qeyd edilir. Onun son gününü komada keçirdiyi bildirilir.
Bu arada Dumanın sədri Vyaçeslav Volodin Jirinovskinin hələ də sağ olduğunu deyib.  Rusiya Federasiyasının Səhiyyə Nazirliyi də Jirinovskinin vəziyyətinin “stabil” olduğunu bildirir. Volodinin birbaşa çıxışı: "Onun vəziyyəti həqiqətən ağırdır. Bu gün KT müayinəsindən keçdi. Biz ondan narahatıq, həkimlər onun üçün mübarizə aparır. O, əla insandır”. Və sair...
Belə çıxır ki, Jirinovski ölüb, amma o sağdır...
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN