Rusiya Müdafiə Nazirliyinin əsəbinin səbəbi bəllidir...

Ukraynada başladığı və bir aydan çoxdur Kiyevə girə bilmədiyi işğalçı müharibəsində itirdiklərinin acığını Azərbaycandan çıxmaq istəyir. Söhbət son günlər Xocalı rayonunun Fərrux kəndindən və Fərrux yüksəkliyindən gedir. Belə ki, 92-ci illərdə məhz Rusiyanın tankı-topu ilə ermənilərin ələ keçirdiyi, işğal etdiyi bu kənd və yüksəklik, nəhayət, Azərbaycan ordusunun nəzarətinə keçirilib. Hansı ki, erməni terrorçuları 30 ildir həmin yüksəklikdən bizi güllə-baran edirdi...

İndi Rusiya sülhməramlıları Azərbaycan torpağında nəfəs almağımıza belə onlardan icazə istədiyimizi istəyir. Azərbaycan Müdafiə Nazirliyi iki gün əvvəl Rusiya MN-nə bəzi mətləbləri başa salmışdı... Dünən Rusiya MN yenidən yalan məlumat yayıb ki, guya Azərbaycan əvvəlki mövqeyinə qayıdıb. Guya kiminsə ərazisini işğal etmişdik, indi rusların tələbi ilə geri qayıtmışıq. Təbii ki, ermənilərin könlünü almağa hesablanmış bir yalan məlumat idi. Azərbaycan MN isə yenidən rəsmi Kremlə başa saldı ki, bu ərazi Azərbaycana məxsusdur, Azərbaycanın ərazisində isə "Dağlıq Qarabağ" adlı qurum, yaxud nəsə yoxdur... Və nazirlik yeni məlumatında bildirib ki, Azəzərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında Rusiya MN-nin yaydığı məlumat həqiqəti əks etdirmir. Yəni, yalandır... Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir. Bu barədə Müdafiə Nazirliyinin rəsmi saytında da məlumat yerləşdirilib. "Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumat da həqiqətə uyğun deyil və Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmayıb.
Bir daha xatırlatmaq istərdik ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur", - nazirlikdən bildirilib.

Vəssalam! Rusiya Ukraynada başladığı müharibənin sülh ilə yekunlaşması ilə məşğul olsa daha yaxşıdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN