Mediada xəbər verildiyi kimi, Russiya hərbçiləri ələ keçirdikləri şəhərlərin merini oğurlayıb aparmışdılar...

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski işğalçılar tərəfindən oğurlanan bəzi Ukrayna merlərinin artıq sağ olmadığını bildirib."Təzadlar" bildirir ki, Zelenski "The Economist"-ə müsahibəsində belə deyib: "Şəhərlərimizin merlərini oğurlayırlar. Onlardan bəzilərini öldürüblər. Bəzilərini tapa bilmirik. Artıq bəzilərini tapmışıq və onlar ölüblər". Zelenski əlavə etdi ki, işğalçılar bəzi merləri əsir düşmüş hərbçiləri ilə dəyişdiriblər. Prezidentin sözlərinə görə, Rusiya ordusu işğal olunmuş ərazilərdə 2014-cü ildə Donbasda istifadə edilən eyni üsullardan istifadə edir... SİTAT: "Президент Владимир Зеленский заявил, что некоторых украинских мэров, которые были похищены оккупантами, уже нет в живых. Источник: Зеленский в интервью "The economist". "Они похищают мэров наших городов. Они убили некоторых из них. Некоторых из них мы не можем найти. Некоторых мы уже нашли, и они мертвы".

Bu gün isə Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbula yola düşüb. Burada tərəflərin sülh və atəşkəs barədə son razılaşmaları müzakirə ediləcək. Danışıqlar Türkiyə prezidenti Ərdoğanın təşəbbüsü ilə aparılır və prezidentin şəxsi nəzarətindədir. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN