Ukraynanın Hava hücumu qoşunları Müdafiə Qüvvələrinin digər bölmələr ilə birlikdə Zaporojye vilayətinin 5 yaşayış məntəqəsini Rusiya işğalından azad edib.

Tezadlar.az Ukrayna Müdafiə Nazirliyinin rəsmi açıqlamasına istinadla bildirir ki,  Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının Facebook-da yaydığı məlumatlarda belə deyilir. Sitat: "Zaporojye diyarının Müdafiə Qüvvələrinin digər bölmələri ilə birlikdə paraşütçülər artıq Sakit, Malinovka, Vesele, Zelenaya Roşça və Krasnoe kimi yaşayış məntəqələrini azad ediblər."
Məlumat işğalçıların məhv edilmiş texnikasının fotoşəkili ilə müşayiət olunur. Yaşayış məntəqələrinin azad edilməsi üçün vaxt çərçivəsi göstərilməyib.

Artıq həmin ərazilərdə Ukrayna hərbçilərinin nəzarəti həyata keçirilməkdədir. Sosial şəbəkə istifadəçilərindən bəziləri isə rus hərbçilərinin Ukraynanın xarici silahları qarşısında döyüşə bilmədiklərini aydın şəkildə yazırlar.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN