Rusiya qoşunları bəzi ərazilərdə Ukrayna ordusunun xarici silahları qarşısında duruş gətirə bilməyib işğal etdikləri ərazilərdən geri çəkilirlər...

Məsələn, dünən Ukrayna ordusu Kiyev və Çerniqov vilayətlərində 6 yaşayış məntəqələrini Rusiya işğalçılarından azad edib. Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, Çerniqov vilayətinin Novaya Basan kəndinin bir aydan artıqdır rus işğalı altında yaşamağa məcbur olan sakinləri evlərindən küçəyə çıxaraq Ukrayna ordusunun kəndə daxil olan hərbçilərini  sevinclə qarşılayıblar. Bu barədə kadrlar sosial şəbəkələrdə yayılıb. Kənd sakinlərindən biri əllərində alma küçəyə qaçır, sevincdən ağlayır və əsgərlərə alma verməyə çalışır. “Sizi necə də gözləyirdik”,-qadın göz yaşları içində deyir. Kadrlara əsasən kənddə yaşlılardan ibarət olmaqla azsaylı sakin qalıb. Qalanları isə ya döyüşə atılıb, yaxud kəndi tərk ediblər.

Aşağıda "Ukrainskaya pravda"da yayımlanmış videokadrları təqdim edirik:

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN