Rusiya Qomelə raket sistemləri göndərir, görünür Belarus ərazisindən hansısa hərbi niyyətləri həyata keçirəcək...

Tezadlar.az xatırladır ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Ukrayna telekanallarında, Ukrinform rəsmi saytına açıqlamasında belə deyib. Sitat: "Düşmən Donetsk və Luqansk vilayətlərini tam ələ keçirmək planlarından əl çəkmir. Rusiya Xarkov vilayətinə də soxulur və mövqelərini möhkəmləndirməyə, qoşunları yenidən qruplaşdırmağa, özünü gücləndirməyə çalışır. İndi biz görürük ki, Qomel bölgəsinə raket sistemləri göndərilir, düşmən onları orada cəmləşdirməyə çalışır, açıq-aydın bu, raket zərbələri endirmək və ya onlardan şantaj və hədə-qorxu aləti kimi istifadə etmək planları ilə bağlıdır. Buna görə də Belarus ərazisi Rusiya Federasiyası tərəfindən təcavüz etmək üçün fəal şəkildə istifadə olunmaqda davam edir”.
Nazir müavininin sözlərinə görə, düşmən öz məqsədlərindən heç birini tərk etməyib, hətta qoşunların Kiyev və Çerniqov vilayətlərindən çıxarılması könüllü olaraq geri çəkilmə deyil, Ukrayna Silahlı Qüvvələrinin fəal təsirinin nəticəsidir.

Bütün hallarda, dünya mediası da Putinin bu müharibə ilə Rusiyanı "40 arşın quyunun dibinə" saldığını yazır... 

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN