Hesablamalara görə, Azərbaycan ötən il bitki yağlarının idxalına 142 milyon dollar xərcləyib...

Rusiyanın Ukraynada başladığı “xüsusi əməliyyat”dan sonra bir çox ölkələrdə ərzağın qiymətində artım və qıtlıq müşahidə olunmağa başlayıb.

Və Rusiya da bir müddət idi ki, bəzi ərzaq məhsullarının, o cümlədən günəbaxan yağının ixracına qadağa qoyacağını bəyan etmişdi. Artıq bu gündən başlayaraq RF yağ və üyüdülmüş yarmanın ixracına kvota, o cümlədən günəbaxan və kolza toxumlarının ixracını müvəqqəti olaraq, yəni avqustun 31-dək qadağa qoyur.

Rusiya hökuməti bunu dünya bazarında tələbatın artması səbəbindən öz bazarını qorumaq üçün qabaqlayıcı tədbirlər kimi həyata keçirdiyini açıqlayıb.

 Azərbaycan ötən il Rusiyadan 52 min 295 ton günəbaxan yağı ixrac edib...

Qeyd edək ki, Azərbaycan da günəbaxan yağına görə idxaldan asılı ölkələrdəndir. Statistik məlumatlara görə, ötən il ölkəmiz xaricdən 53 min 362 ton günəbaxan yağı idxal edib. İdxal edilən məhsulun 98 % -i Rusiyadan gətirilib. Cəmi 2%-i, dəqiq desək, 1067 tonu isə Türkiyədən idxal edilib. Hesablama nəticəsində belə aydın olur ki, Azərbaycan ötən il Rusiyadan 52 min 295 ton günəbaxan yağı ixrac edib. Bu isə heç də kiçik rəqəm deyil...
DGK-nın statistikasına görə , 2021-ci ildə Azərbaycan yağ idxalına 300 milyon dollar vəsait xərcləyib. Bunun 221 milyon dolları bitki yağlarının, 79 milyon dolları isə kərə yağının payına düşüb. Daha dəqiq desək, bitki yağlarına 142 milyon dollar xərcləyib.
Millət vəkili Vüqar Bayramov  da açıqlamasında bildirib ki, ölkəmizdə 75 min ton bitki yağları istehsal edilir və eyni zamanda 162 min ton bitki yağlarını isə idxal hesabına ödəyirik

Qeyd edək ki, 4 milyonadək əhalisi olan (3milyon 977 min) qonşu Gürcüstan da xaricdən günəbaxan yağı idxal edir. 2021-ci ildə Gürcüstan cəmi 4 milyon 180 min dollar dəyərində - ümumilikdə isə 4 min 668 ton günəbaxan idxal edib.

Azərbaycanın 142 milyon dollarının xaricə axıdılmasının və xaricdən asılılığını aradan qaldırmaq üçün yerli istehsalı mütləq mənada artırılmalıdı. Buna görə bu sahənin inkişafına diqqət yetirilməlidir. Yəqinki bu barədə Kənd Təsərrüfatı Nazirliyində düşünənlər var. Amma nə qədər tez düşünsələr, bir o qədər yaxşı olar...

Söhbət nə az, nə çox 142 milyon dollardan gedir, həm də ölkəmizin xarici idxaldan asılılığının azaldılmasından.


Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN