Bir müddət əvvəl Ukrayna Prezidenti V.Zelenski Roma Papasını Kiyevə dəvət etmişdi...

Məqsəd dünya katoliklərinin rəhbərinin Rusiyanın xristian ölkəsi olaraq törətdiyi vandalizmi və mülki insanları necə məhv etdiyini Kiyevdə öz gözləri ilə görməsinə şərait yaratmaq idi. Bu gün məlum oldu ki, Roma Papası Fransisk Ukraynanın paytaxtı Kiyevə səfər edə bilər. Tezadlar.az CNN-Türk-ə istinadən bildirir ki, artıq katolik kilsəsinin rəhbəri Ukrayna Prezidenti Vladimir Zelenski və şəhər meri Vitali Kliçko, eləcə də Ukraynanın dini rəhbərliyi tərəfindən martın 8-də Ukraynaya dəvət edilib. Səfər baş tutarsa, bu işğalın başlamasından sonra Ukraynaya ən yüksək səviyyəli səfər olacaq. Vatikan Ukraynadan dəvət məktubu qəbul etdiyini təsdiqləyib və Papanın ukraynalılar üçün dua etdiyini bildirib, lakin səfər planı ilə bağlı heç bir məlumat verməyib. Bu gün Papa Fransisk Romadan Maltaya uçuşu zamanı təyyarədə jurnalistlərin səfəri nəzərdən keçirib-keçirməməsi ilə bağlı sualını cavablandırıb. Sitat: “Bəli, bu məsələ masa üzərindədir”, - deyən Roma Papası əlavə nəsə deməyib.

Ukraynada isə Papanın gəlişini səbrsizliklə gözləyirlər.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN