Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva ABŞ-da Vaşinqton ətrafındakı 4609 CHARLESTON TER ünvanındakı villasını 2020-ci ilin mayında 1 milyon 860 min dollara satıb. Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün fb səhifəsində paylaşım edib. Sitat: "Villa 2008-ci ilin iyununda Kolumbiya ştatında keçmiş nazirin həyat yoldaşının təsis etdiyi ALIYA BABAYEVA L.L.C. üzərindən alınıb. Şirkət 2011-ci ildə ləğv edilsə də əmlak iki il əvvəl satılıb. Satışın səbəbi məlum deyil. Onun yeni sahibi amerikalı vəkil DECKELBAUM DAVID və THE CHARLESTON REVOCABLE TRUST-dir. Sabiq nazirin 2011-ci ildə Lüksemburq da həyat yoldaşının adına MERCURY EUROPE HOLDINGS əmlak şirkəti təsis etdiyi məlumdur. Heydər Babayev 1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri, 2005-2008-ci illərdə İqtisadi İnkişaf Nazirliyi vəzifəsində çalışıb. WİKİLEAKS sənədlərinə görə 2006-cı ildə səfir Rino Harniş tərəfindən göndərilmiş məxfi teleqramda Heydər Babayev ABŞ-ın adamı kimi xarakterizə edilmişdi".
 Maraqlı olan bir məsələ var: niyə Azərbaycanda yüksək vəzifə tutmuş məmurlar qazandıqlarını xaricə daşıyırlar? Yaxud, sonradan bəlli olur ki, onların xarici ölkələrdə 100 milyonluq- milyardlıq yatırımı var... Sual olunur: bu qədər valyuta Azərbaycandan necə çıxarılır? Və niyə məmurlarımız bu vəsaitləri Azərbaycandı faydalı işə çevirmirlər??? Deməli, Azərbaycana etibar etmirlər???
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN