“Müxalifət Platforması - Həyat Ugrunda” partiyanın siyasi şurasının rəhbəri Viktor Medvedçukun həyat yoldaşı, teleaparıcı  Oksana Marçenko

rus işğalçıları tərəfindən əsir götürülən Britaniya vətəndaşları barədə məlumat verib və onların ərinə dəyişdirilməsini istəyib. Marçenkonun Youtubedəki çıxışında Mariupolda Ukrayna Silahlı Qüvvələrinin 36-cı Dəniz Briqadasının hissələrinin tərkibində fəaliyyət göstərən Eydin Eyslin və Şon Pinnerin Rusiya və “DXRsilahlı qüvvələrinə təslim olması xəbərini mətbuatdan öyrəndiyini bildirib.

 “Eyslin və Pinnerin qohumlarına və dostlarına müraciət edirəm: Ölkənizin baş naziri Boris Consondan Ukrayna rəhbərliyinə təsir göstərmək və Eyslin və Şonu Kiyev hakimiyyəti tərəfindən saxlanılan Ukraynanın müxalifət siyasətçisi  və mənim ərim Viktor Medbeçuk ilə dəyişdirərək azadlığa buraxılmasına nail olmaq üçün xahiş etmək iqtidarındasınız", - deyə bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Medvedçukun həyat yoldaşı Youtube kanalından “müxalifət lideri olan ərinin dərhal azadlığa buraxılması” tələbi ilə  Zelenskiyə müraciət edib. O, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana da videomüraciət etmişdi. Ərdoğana müraciəti zamanı Oksana Merçenkonun islami dəyərlərə hörmət edərək baş örtüsündən istifadə etməsi də nəzərdən qaçmamışdı.

Xatırladaq ki, aprelin 12-də Viktor Medvedçukun saxlanması barədə məlumat yayılıb. O, Ukraynadan qaçmağa cəhd edib. Məlumatlara görə,  Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya Medvedçuku rus hərbçiləri tərəfindən əsir götürülən Ukrayna vətəndaşları ilə dəyişməyi və Ukrayna hüquq-mühafizə orqanlarına belə bir ehtimalı nəzərdən keçirməyi təklif edib. Kreml Medvedçuku rədd edərək, onunRusiya vətəndaşı olmadığını” bildirib.

Qeyd edək ki, Ukraynada Viktor Medvedçuk və həyat yoldaşına məxsus mənzil, ev, avtomobil və torpaq sahəsinə həbs qoyulub.  Həbs edilən əmlak arasında 26 avtomobil, 30 torpaq sahəsi, 23 fərdi yaşayış evi, 32 mənzil, 17 parkinq yeri və bir mühərrikli yaxta var. Həmçinin benefisiar sahibi Viktor Medvedçuk və ya onun həyat yoldaşı olan 25 şirkətin nizamnamə kapitalındakı payları da həbs edilib. Bundan əvvəl Dövlət İstintaq Bürosunun müstəntiqləri və Baş Prokurorluğun prokurorları Medvedçukun yaxtasına və digər daşınmaz əmlakına da məhkəmə yolu ilə həbs qoyublar.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN