ABŞ Konqresinin baş məsləhətçisi Pol Massaro bildirib ki, Putin Ukraynadakı müharibəni dondurmağa çalışır.

Bununla belə, onun planlarını pozmaq mümkündür və bu, çox vacibdir.

Qeyd edək ki, bu barədə o, Twitter-də yazıb.

 "Görünür, Putin öz soyqırım müharibəsini Ukraynada dondurulmuş münaqişəyə çevirmək istəyir. Biz buna imkan verə bilmərik. Diqqəti itirməyin. Məqsəd ukraynalıların tam qələbəsidir", - Massaro qeyd edib.

Baş məsləhətçinin sözlərinə görə, Qərblə Putin bir-birini başa düşmür "İş ondadır ki, Putin heç dəyişməyib. O, hələ də hər şeydən yaxasını qurtara biləcəyinə əmindir. Ukrayna onun bütün hakimiyyəti dövründə vurduğu ilk polad oldu".

Qeyd edək ki, Pentaqon da tətbiq edilən sanksiyaların Rusiyanın müdafiə sənayesi bazasına zərər vurmağa başladığı və ordunun dəqiq idarə olunan döyüş sursatları təchizatını doldurmasını çətinləşdirməsi barədə məlumat yayıb.

Pentaqonun məlumatına görə, bunu brifinqdə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi deyib.

"Biz gördük ki, onlar artıq çoxlu sayda dəqiqliklə idarə olunan silahlardan istifadə ediblər. Onlar Mariupola bir yığın küt bombalarla zərbələr endirməkdə davam edirlər. Ona görə ki, onların dəqiq idarə olunan sursatları doldurmaqda problemləri var. Biz belə hesab edirik ki, sanksiyalar və ixrac nəzarətləri, xüsusən də söhbət elektron komponentlərdən gedirsə, Rusiyanın hərbi-sənaye bazasının imkanlarına və onların ehtiyatlarını yerini doldurma qabiliyyətinə təsir etdi", - qeyd edib.

Həmçinin ABŞ müdafiə rəsmisinin sözlərinə görə, Ukrayna son sutka ərzində 7 ölkədən 13 silah göndərişi alıb.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN