“Azərbaycanda Vahid Media Reyestri yaradılacaq”. Bunu APA-ya açıqlamasında MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, bütün media subyektləri həmin media reyestrində qeydiyyata alınacaq: “Bu, informativ reyestr olacaq. Media subyektləri fəaliyyətə başlamazdan öncə bu reyestrə özləri haqqında məlumatlar verəcək, qeydiyyata alınacaqlar”.

Ə. İsmayılov əlavə edib ki, jurnalistlər isə jurnalist vəsiqəsi almaq üçün MEDİA-ya müraciət edəcəklər: “Bu, könüllü əsasladır. Hər hansı jurnalist vəsiqə almaq barədə müraciət etsə, müraciət tərəfimizdən dəyərləndiriləcək. Həmin jurnalistlər media reyestrinin bir bölməsində qeydiyyata alınaraq, jurnalist vəsiqəsi ilə təmin ediləcək”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN