Ukraynanın uzaqmənzilli silahlarla bağlı çağırışları Rusiya ərazisinə hücum etmək üçün deyil, Ukrayna ərazisini qorumaq məqsədi daşıyır.

Tezadlar.az Ukrayna KİV-lərinə istinadla bildirir ki, bu barədə Prezident Vladimir Zelenski Newsmax-da danışıb. Sitat: “Bizi Rusiyada baş verənlər maraqlandırmır... Bizi ancaq Ukraynada öz ərazimiz maraqlandırır”.
Zelenski deyib ki, “bəzi ərazilərlə bağlı çətinliklər var, bəzi detallar var, lakin bütün bu çətinliklər müzakirə oluna bilər və bu müzakirələr müharibəni dayandırmaq üçün lazım olacaq”.
Qeyd olunur ki, danışıqlar ola bilər, lakin Rusiyanın bu danışıqları aparmağa hazırlığı olmalıdır. Zelenskinin sözlərinə görə, “əgər biz ultimatumlardan danışırıqsa və “siz ərazinizin üçdə birindən imtina etməlisiniz, biz də sizi tək qoyub yaşamağa icazə verəcəyik”, bu kimi tələblər bizim razılaşa biləcəyimiz şərt deyil”.
Zelenski bildirib ki, dünya Ukraynanın suverenliyi ətrafında birləşdiyindən, nəticədə Rusiyanın cənub və şərq bölgələrində döyüşləri davam etdirmək istəyi tükənəcək.
Bundan əlavə, qonşu ölkələrin NATO-ya qoşulmaması ilə bağlı rəvayət Rusiya və onun prezidenti Vladimir Putin üçün uduzulmuş döyüş kimidir...

Rəsmi Kreml hələki Zelenskinin bu bəyanatına reaksiya verməyib... Əksinə, müharibənin dayandırılması təklifinə cavab olaraq Putin yeni hücum planı hazırlayır

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN