Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlük cəhdləri ilə bağlı narahatlığını aradan qaldırmaq üçün hələlik heç bir konkret təklif almayıb və Ankara buna qarşı çıxır...

Tezadlar.az Reuters-ə istinadən xəbər verir ki, o, bunu bu gün parlamentdəki çıxışı zamanı deyib. Ərdoğan bildirib ki, Türkiyə narahatlıqları ilə bağlı iki Skandinaviya ölkəsindən “səmimi yanaşma” görmək istəyir. O əlavə edib ki, Ankara konkret və məcburi addımlar görməyincə öz nöqteyi-nəzərini dəyişməyəcək. Prezident, həmçinin bildirib ki, Türkiyənin Stokholm və Helsinkinin üzvlük iddialarına etirazı “fürsətçilik” deyil, daha çox milli təhlükəsizlik məsələsidir.
 Qeyd edək ki, Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün rəsmi müraciət ediblər. Onlar ümid edirdilər ki, bu, erkən üzvlük prosesi olacaq. 

Amma maraqlı cəhət budur ki, Türkiyə ilə müttəfiq olan Rusiya isə İsveç və Finlandiyanın NATO üzvlüyünə qəti etiraz edir... Bu mənada Türkiyə bu iki ölkənin NATO üzvlüyünə "hə" desə, onda Rusiya ilə münasibətlərini tamamilə pozmalıdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN