Prezident Vladimir Zelenski müxtəlif cəbhələrdə rus işğalçılarına qarşı döyüşən ukraynalıların fotoşəkillərini nümayiş etdirib.

Tezadlar.az Zelenskinin teleqram kanalındakı sitatlara istinadla bildirir ki, o, maraqlı bəyanatla çıxış edib. Sitat: "100 günlük mübarizəmiz. 100 gün birlik və üsyankar ruh. Bu müddət ərzində düşmən heç bir strateji məqsədə nail ola bilməyib, lakin mülki infrastruktur və insanlar üzərindəki acizliyini aradan qaldırmağa çalışıb.
Ukrayna bu 100 gündə çoxlarının inanmaq istəmədiyi qeyri-mümkün görünən işləri gördü. Biz “dünyanın ikinci ordusu”nu dayandırdıq, ərazilərimizin bir hissəsini azad etdik və işğalçılara layiqli cavab verməkdə davam edirik. Hər kəsə təşəkkür edirəm, onların sayəsində Ukrayna sağ qaldı və yüzüncü gündür ki, özünü müdafiə etməyə davam edir. Biz qalib gələcəyik!”

Bu gün Ukrayna Müdafiə Nazirliyi isə onu da bəyan edib ki, Ukrayna bu günədək mindən çox şəhər və kəndləri rus döyüşçülərindən azad edib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN