Prezident Vladimir Zelenski Amerika şəhərlərini Rusiya şəhərləri ilə qardaşlığı pozmağa çağırıb ki, Rusiya azad dünya ilə heç bir əlaqədən həzz almasın...

Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə Zelenski ABŞ Merlərinin 90-cı illik Konfransının iştirakçılarına videomüraciətində deyib... Sitat: "Biz - ukraynalılar və amerikalılar - tiraniyanın təhlükəsini eyni şəkildə başa düşürük. Dünya müxtəlif tiranlıqlar görüb... Və onların hamısını sadə insanların hüquq və azadlıqlarına xor baxması birləşdirir. Tiranlar bunu edirlər. yerli özünüidarənin hüquq və azadlıqlarını tanımırlar. Və adətən şəhərlərdə azad insanlar buna baxmayaraq azadlığı seçərək tiranların tarixinə son qoyurlar. Və buna son qoymaq üçün tiranların azad dünya ilə əlaqələrdən istifadə etməsinə icazə verməməlisən...."
Zelenski xatırladıb ki, onlarla Amerika şəhəri hələ də Rusiya şəhərləri ilə qondarma qardaşlaşmanı davam etdirir. Xüsusilə Moskva ilə Çikaqo, Murmansk ilə Ceksonvil, Vladivostokla San Dieqo və s. Onun sözlərinə görə, ABŞ-ın bu əlaqələri heç nə vermir, lakin onlar Rusiyaya böyük müharibə başlayandan sonra da təcrid olunmadığını deməyə imkan verir. Prezident xatırladıb ki, Rusiya Ukraynanın bütöv şəhərlərini vəhşicəsinə məhv edir - müharibənin 100 günü ərzində işğalçılar dinc yaşayış məntəqələrinə demək olar ki, 2,5 min müxtəlif raket zərbələri endiriblər. 

Bundan başqa, Zelenski qeyd edib ki, ən ölümcül Rusiya raketlərindən bəziləri hələ də San-Xose şəhəri ilə qardaşlaşmış Yekaterinburqda hazırlanıb istehsal olunub.
Buçada vəhşiliklər törədən rus briqadalarından biri də Rusiyanın Xabarovsk diyarından olan briqada idi. Onun paytaxtı Xabarovsk şəhəri hələ də ABŞ-ın Portlendi şəhəri ilə ilə qardaşlaşır. 
*** 

Bəli, Ukrayna bütün vasitələrlə haqq işini müdafiə etmək üçün dünyaya çağırışlarından qalmır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN