Paytaxt Tbilisidə Polşadan olan turist sırğa taxtığına görə bıçaqlanıb.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, hadisə LGBT əleyhdarlarının etiraz aksiyası zamanı baş verib. Etirazçılar əcnəbi kişini qulağındakı sırğaya görə cinsi azlıq nümayəndəsi zənn edərək onu döyərək soyuq silahla yaralayıblar. Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisəni törədən şəxs qəsdən adam öldürməyə cəhddə ittiham olunan 1989-cu il təvəllüdlü şəxs saxlanılıb. Gəncin günahı sübuta yetirilərsə, onu 7 ildən 15 ilədək həbs gözləyir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN