Hər il Bakıda keçirilən 8 Noyabr Zəfər Günü paradı bu dəfə ünvanını dəyişməli oldu...

Pin It

 Erməni jurnalistin Azərbaycan prezidentinin qalib görkəminə baxmaqdan xoşu gəlmir, çünki İlham Əliyev külli ermənilərin və ermənipərəstlərin xəyallarını tarixin arxivinə göndərdi...
Pin It

Xankəndidə Azərbaycan bayrağının ucaldılması və qondarma "DQR"ın ləğv edilməsi, bu seoaratçı qurumun özü- özünü buraxması, nəhayət, keçmiş separatçı liderlərinin həbs edilərək Azərbaycan DTX- nin təcridxanasında dindirilməsi Ermənistanda ciddi təşviş yaradıb... Ona görə dı Azərbaycanla sülh sazişinin imzalanmasında tərəddüdlər yetərincədir, elə buna görə də "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının regionda alternativi yoxdur”, - deyən  Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə birgə keçirdiyi mətbuat konfransında da əlavə edib ki, Azərbaycan Ermənistana sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketi verib və Ermənistandan cavab gözləyir... 

Cavab isə uzanır. Məğlub ölkənin bundan başqa çərəsi yoxdur. Amma sülh sazişini nə qədər tez imzalasalar, bir o qədər yaxşıdır. Fransaya bel bağlayan isə şamsız qalar. Bir də Ermənistanda bu Atalar sözünü tez - tez təkrarlamalıdırlar: "Uzaq qohumdan yaxın qonşu yaxşıdır!".

A.Məmmədli

Pin It

Xəbər verildiyi kimi, növbəti ildən muzdlu işə cəlbetmə ilə bağlı gəlir vergisi güzəştinə ciddi dəyişiklik ediləcək...
Pin It

Konfransda professor İlham Rəhimov “Cahangir Abbas oğlu Kərimov haqqında xatirələr” mövzusunda məruzə edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası və AMEA-nın təşkilatçılığı ilə Azərbaycan hüquq elminin görkəmli nümayəndəsi, Rusiya Elmlər Akademiyasının (REA) müxbir üzvü, AMEA-nın həqiqi üzvü Cahangir Kərimovun anadan olmasının 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

Konfransdan öncə akademik Cahangir Kərimovun həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.

Tədbrdə giriş sözü ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, akademik Cahangir Kərimov keçmiş SSRİ-də və müstəqillik illərində dövlət və hüquq nəzəriyyəsi üzrə tanınmış elm xadimlərindən biri olub. O bildirib ki, görkəmli alimin hüququn aktual problemlərinə həsr olunmuş əsərləri bu elmin zənginləşməsində və bu sahədə yeni elmi istiqamətlərin açılaraq tədqiqata cəlb edilməsində mühüm rol oynamışdır. Akademik Cahangir Kərimovun dövlət və hüquq nəzəriyyəsi, hüququn fəlsəfəsi, hüququn psixologiyası, hüququn kibernetikası və digər istiqamətlərdə əsərlərinin bu gün də aktuallığını qoruduğunu deyən akademik İsa Həbibbəyli görkəmli alimin həm də keçmiş SSRİ-də və müstəqillik illərində yeni kadrların hazırlanması işinə misilsiz töhfə verdiyini söyləyib.

“Akademik Cahangir Kərimov Peterburq hüquq məktəbinin banisi, həm ölkəmizdə, həm də Rusiyada hüquq elminin inkişafına sədaqətli xidmət etmiş görkəmli alimdir. O, daim Azərbaycanla, bu sahədə tanınmış alimlərimizlə ünsiyyətdə olmuş, hüquq elminin aktual problemlərinə dair fikir mübadiləsi aparmışdır”, - deyə akademik İsa Həbibbəyli bildirib.

dc04835d-7577-412e-96da-4063d8313353

Professor İlham Rəhimov çıxışına Cahangir Abbasoviç Kərimova həsr olunmuş “İnsan, Alim, Vətəndaş” kitabından başlayıb: “Professor A.N.Savenkovun bu kitaba yazdığı ön söz diqqətimi çəkdi. Savenkovun səmimi, sadə, məntiqi və  ürəkdən yazdığı bu ön söz Cahangir Abbasoviçin həyatı və elmi fəaliyyəti barədə hamıya dolğun məlumat verir”.

Sonra İlham Rəhimov Cahangir Kərimovla bağlı xatirələrini konfrans iştirakçılarının diqqətinə çatdırdı: “Mən sizə elə məqamlar barədə danışmaq istəyirəm ki, onları burada eşitməmisiniz. Əvvala, mən Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində oxumuşam. Aleksandr Nikolayeviç buranı haqlı olaraq “klassik ali təhsil müəssisəsi” adlandırırdı və doğrusu, bu mənim çox xoşuma gəlir. Mən Cahangir Abbasoviç haqqında ilk dəfə 1970-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsinə daxil olanda eşitdim. O, burada Dövlət Hüquq Nəzəriyyəsi kafedrasının müdiri vəzifəsində işləsə də artıq bir ildən çox idi ki, Mərkəzi Komitə tərəfindən Moskvaya İctimai Elmlər Akademiyasına göndərmişdilər. Ancaq bütün bunlara baxmayaraq onun barəsində öyrənmək gələcək tələbə kimi mənə çox maraqlı idi, Kərimov kimdir? Bəlkə başqa xalqın nümayəndəsidir, məsələn, Özbəkistandandır və s. Aydınlaşdırma zamanı azərbaycanlı olduğunu biləndə bu məni daha güclü  maraqlandırmağa başladı. Cahangir Abbasoviçlə bu mənim ilk və qiyabi tanışlığım idi, çünki bu şəxsiyyət haqqında başqalarından eşitmişdim.

Cahangir Abbasoviçlə bağlı bir neçə epizod da danışmaq istəyirəm. Bizim universitetdə çox məşhur və həddən artıq tələbkar bir professor var idi. Yəqin ki, hüquqşünaslar onu - Olimpiad Solomonoviç İoffeni yaxşı tanıyırlar, Mülki Hüquq kafedrasının müdiri idi. Hamımız ondan çəkinirdik, doğrudan da olduqca sərt və tələbkar idi. Bir dəfə Olimpiad Solomonoviç bizdən imtahan götürəndə maraqlı dialoqumuz alındı. Mən universitetdə oxuyanda qrup rəhbəri idim və bildiyiniz kimi qrup rəhbəri həmişə imtahanı hamıdan sonra verirdi. İmtahan başa çatanda Olimpiad Solomonoviç məndən soruşdu: “tələbələr haqqımda nə fikirləşir?”. Cavab verdim ki, mən düzünü deyim? O, bildirdi ki, “əlbəttə, doğrusunu de”. Dedim ki, tələbələr sizi olduqca sərt, tələbkar müəllim kimi tanıyır. O mənə tərəf baxıb “qulaq as, sizin bəxtiniz onda gətirib ki, Cahangir Abbasovçə imtahan verməmisiniz” söylədi. Olimpiad Solomonoviçin Cahangir Abbasovç barədə dediklərinin həqiqət olduğunu sonradan başqaları da mənə danışıblar. Dövlət Hüquq Nəzəriyyəsi kafedrasının aspirantları danışırdılar ki, Cahangir Abbasovçin mühazirələrini heç kim dəftərə yazmırdı, ümumiyyətlə, tələbələr dəftərə yazanda xoşu gəlmirdi. Mühazirəni, tədris elədiyi fənni elə gözəl, dərindən izah edərdi ki, hətta tələbələr qeydlər götürməyi belə unudar və buna ehtiyac duymazdılar, çünki onun danışdıqlarını bütünlüklə yadda saxlayırdılar. Bəli, Cahangir Abbasovç məhz belə lektor idi.

Daha sonra professor İlham Rəhimov Cahangir Kərimovla şəxsi münasibətlərindən, onun elmi fəaliyyəti və yaradıcılıq irsindən, eləcə də Rusiya Elmlər Akademiyasına necə müxbir üzv seçilməsinin maraqlı tarixçəsindən danışdı.

3cbddb2b-4968-4871-ad92-2b8097630e72

Konfransda, həmçinin AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, professoru İlham Məmmədzadə “Akademik Cahangir Kərimovun irsində fəlsəfə və hüquq haqqında”, Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvü, hüquq elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Nikolayeviç Savenkov “İnsan, alim, vətəndaş”, AMEA Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov “Akademik Cahangir Kərimovun tədqiqatlarında hüququn fundamental problemləri” və akademik Cahangir Kərimovun oğlu, Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun baş elmi işçisi, hüquq elmləri doktoru, professor Aleksandır Kərimov “Atamla bağlı xatirələr: elmi yolun mərhələləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxış edərək akademik Cahangir Kərimovun Azərbaycanda və keçmiş SSRİ-də hüquq elminin inkişafındakı rolundan danışıb.

Tədbirdə, o cümlədən akademik Cahangir Kərimovun nəvəsi, hüquq elmləri namizədi Kiril Nalyotov çıxış edərək babası ilə bağlı xatirələrini bölüşüb, konfransın təşkilinə görə minnətdarlığını bildirib.

Daha sonra bir qrup alimə “Akademik Cahangir Kərimovun 100 illiyi” yubiley medalı və Cahangir Kərimova həsr olunmuş “İnsan, Alim, Vətəndaş” kitabı təqdim olunub.

Qeyd edək ki, tədbir boyunca, həmçinin akademik Cahangir Kərimovun həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN