...Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VIII Zirvə Görüşü qlobal miqyasda dünya siyasi xəritəsinə öz möhürünü vurdu. Türkmənistanın da bu təşkilata tamhüquqlu üzv olması ilə Avropanı və Asiyanı qovuşduran 7 Türk dövlətinin imzaladığı yekun Bəyannaməyə əsasən, yeni qlobal siyasi güc ortamı – Türk Dövlətləri Təşkilatı (TDT) yarandı. Bununla da Avrasiya materikini birləşdirən yeni beynəlxaql təşkilat genişşaxəli fəaliyyəti üçün hüquqi statusunu rəsmiləşdirdi.
Əlbəttə ki, yeni təşkilatın yaranmasında Türk dünyasının 2 liderinin - Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin əsas əməyini və siyasi iradəsini xüsusi vurğulamaq lazımdır. 2009-cu il oktyabrın 3-də Naxçıvanda əsası qoyulan Türk Şurasının 13 il ərzində böyük hədəflərə çatmasında, hazırkı ən möhtəşəm qlobal siyasi təşkilata çevrilməsində Tayyib Ərdoğan və İlham Əliyevin xidmətləri əvəzolunmazdır. Qardaş Türkiyənin dəstəyi ilə Azərbaycan Prezidentinin Qarabağı təcavüzkar Ermənistanın işğalından azad etməsindən sonra isə Türk dünyasının gücü daha da artdı və TDT-nın təsis edilməsində bu faktorun da mühüm rolunu unutmaq olmaz. Cənab Ərdoğanın vurğuladığı kimi Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” Türk Dünyası üçün Zəfərin müjdəçisi oldu. Beləliklə, Cənab İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi də bu gerçəkliyi bir daha təsdiq etdi.
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər zaman bəyan etdiyi kimi “dünya beşdən böyükdür” strategiyası gerçəkləşir və artıq TDT-nın timsalında dünya siyasətinə öz sözünü deyəcək güc daxil olur. Türk Dövlətləri Təşkilatı 7 tamhüquqlu və 15 müşahidəsçi üzvdən ibarət 22 ölkəni birləşdirsə də, siyasi gələcəyi üçün daha güclü potensiallar mövcuddur. Qısa bir tarixdə Ukrayna, Moldova, Macarıstan, Pakistanın bu birliyə tamhüquqlu üzv olması istisna deyil.
Asiya və Avropa qitələrində bir çox ölkələrdə türkdilli xalqların sayının və etnik coğrafiyasının geniş olması bir sıra dövlətlərin, xüsusilə də, türk respublikalarının zəngin coğrafiyası olan Rusiyanın, yaxud türkdilli olmayan ancaq bu qurumla sıx əməkdaşlığa maraq göstərən ölkələrin də gələcəkdə TDT-yə qoşulması mümkündür.
Türk Dövlətləri Təşkilatının yeni güc mərkəzi kimi qarşıda daha stateji hədəfləri vardır. Burada ilk növbədə, Uzaq Asiyadan - Çindən Avropaya uzanan XXI əsrin ən nəhəng tranziti olan “Bir kəmər, bir yol” layihəsinin Orta Dəhlizi üzərində yerləşən ölkələri bir ittifaqda cəmləşdirmək hədəfi daha qlobal strateji xəttdir. Nəzərə alsaq ki, Zəngəzur dəhlizi də artıq “Bir kəmər, bir yol” layihəsinin tərkib hissəsidir, bu baxımdan Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi TDT-nın məqsdələrinə çatmasında tarixi fürsət oldu. Artıq Zəngəzur və Naxçıvan TDT-nın ən strateji nəqliyat dəhlizinin bir hissəsi hesab olunur.
TDT post-sovet və post-sosialist region ölkələrini bir siyasi mərkəzdə birləşdirməklə zəif və heç bir səmərə verməyən Müstəqil Dövlətlər Birliyi, Avrasiya İttifaqı kimi qurumların arxa plana göndərmiş olacaq və geosiyasi resursları öz genişlənən platformasına qatacaq.
Regionun lider ölkəsi olan Türkiyə Cümhuriyyətinin lokomotivi olduğu TDT həm də Cənubi Qafqaz - Mərkəzi Asiya regionunun siyasi və iqtisadi xəritəsini də öz mənafeyinə uyğun yenidən formalaşdıracaq. Məsələn, Zirvə Görüşündə Prezidentlər – Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədovun yeni Avrasiya layihəsi olan “Transxəzər” enerji marşrututunun başlanması barədə bəyanatları bir daha Avropa və Asiyanı qovuşduran iqtisadi gücün formalaşmasına işarədir. “Türk dünyasına baxış - 2040” sənədinin qəbulu isə yaxın 20 illik siyasi gücün Yol Xəritəsi hesab edilə bilər.
Sonda bütün Türk dünyasını Türk Dövlətləri Təşkilatı kimi möhtəşəm birliyin yaranması və Cənab İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi münasibətilə təbrik edirəm... 
Vaqif Abdullayev,
Professor
Pin It

Erməni terrorçunun Azərbaycan və Rusiya hərbçilərinə minik avtomobilindən qumbara atmasını bildirmişdik...

Pin It

«Təzadlar» qəzetinin Medianın İnkişafı Agentliyinin layihələrində qalib olması ilə qəzetin rəsmi saytının da proqram təminatının ən müasir səviyyədə olması barədə məlumat vermişdik.

Pin It

Postumuza qumbara atan erməni terrorçu ələ keçdi, əməlinə görə cinayət işi başlandı...

Pin It

...Ermənilərin təxribatlara əl atması və istənilən formada Qarabağda suyu bulandırması təbiidir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN