…Az qala hər həftə işğaldan azad edilmiş şəhər və ya ərazilərimizə səfər edən beynəlxalq və yerli media, QHT, yaxud siyasi partiya rəhbərlərinin social şəbəkələrdəki selfi şəkillərinə rast gəlirik.

Pin It

 Birləşmiş Millətlər Təşkilatının (BMT) 76-cı sessiyasında Gürcüstanın Baş naziri də çıxış edib. Çıxışı zamanı Baş nazir Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalı faktına diqqət çəkib, sərt ifadələr edərək dünya dövlətlərini Rusiya işğalına son qoymağa çağırıb. O, vurğulayıb ki, Rusiya Gürcüstanın təkcə 20%-ni işğal etməyib: "Rusiya təkcə bizim ərazilərimizin 20%-ni işğal etməyib, həm də bizim Avropa və Avroatlantik ailələrinə üzv olmağımızı ayaqlar altına atmaq istəyir. Bizim uzunmüddətli mübarizəmiz hər gün problemlərlə üzləşir. Biz öz torpağımızda, Abxaziya və Çxinvali regionlarında humanitar fəlakətə şahidlik edirik. Bunun məsuliyyəti yalnız işğalçı qüvvənin üzərinə düşür. Bu il, insan hüquqları üzrə Avropa məhkəməsi tərəfindən alınan qərara əsasən, Rusiya Federasiyası Gürcüstanın bu iki regionunu işğal edən və buraya real olaraq nəzarət edən ölkə kimi qəbul edildi. Buna görə də Gürcüstanın Abxaziya və Çxinvali regionlarında insan hüquqlarının pozulmasının məsuliyyəti Rusiyanın üzərinə düşür. Bu gün buradan beynəlxalq cəmiyyətə səslənirəm, işğal altındakı ərazilərdə beynəlxalq hüququn fundamental prinsiplərinin pozulmasına birlikdə müdaxilə edək. Vahid səylərimiz nəticəsində 2008-ci ilin avqust ayında Avropa İttifaqının vasitəçiliyi ilə atəşkəsin təmin edilməsi barəsindəki razılaşmanı həyata keçirilməsinə təkan verək. Rusiya tərəfindən Gürcüstanın süveren ərazilərinin işğalını sona çatdıraq. Gürcüstan torpağı günədlik olaraq canlı aneksiya və qanunsuz sərhətçəkmə problemi ilə üzləşir", - deyə İ. Qaribaşvili çıxışında bildirib. 

Rusiyanın siyasi dairələri bu sərt çıxışa hələki alternatib cavab verməyib. Susmaq isə ya razılıq əlamətidir, ya da... 

A.Məmmədli

Pin It

...Bəli, İran ən yaxın qonşularımızdan biridir. Amma qonşu da gərək özünü təkcə qonşu kimi yox, həm də "Yaxın qonşu uşaq qohumdan yaxşıdır!" kimi aparsın...

Pin It

...Sakaşvili yenidən Gürcüstana qayıdacağında israrlıdır. O, bir daha bəyan etdi ki, heç nədən qorxmur və Gürcüstana qayıtmaqda israrlıdır...

Pin It

Vaqif ABDULLAYEV,
Professor
2020-ci ilin sentyabrın 27-dən başlayan və noyabrın 10-da Ermənistanın biabırçı məğlubiyyəti ilə başa çatan Vətən müharibəsi tariximizin ən parlaq və şərəfli səhifəsidir. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində üzərimə düşən vəzifələri layiqincə yerinə yetirdi və dünyaya əsil Hərb qüdrətini nümayiş etdirdi.
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN