Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan Ramil Babayevin ailə üzvləri AMEA Mərkəzi Elmi Kitabxanada (MEK) yaradılan “Qarabağ müharibəsi qəhrəmanları” fondunu ziyarət ediblər.

Bu barədə MEK-dən məlumat verilib. Bildirilib ki, görüş zamanı şəhidin ailə üzvləri “Qarabağ müharibəsi qəhrəmanları” fondunda birinci və ikinci Qarabağ müharibəsinin iştirakçılarına həsr olunmuş guşələr, onların fotoşəkilləri, eləcə də şəhidlərin şəxsi kitabxanalarından ailələri tərəfindən fonda hədiyyə edilən kolleksiya ilə tanış olublar.

Qeyd edək ki, şəhidin ailə üzvləri onun sağlığında sevə-sevə oxuduğu Rabindranat Taqorun “Seçilmiş əsərləri” kitabını fonda hədiyyə ediblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN