Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının

Oxuculara xidmət şöbəsi “Yubileylər silsiləsi” layihəsi çərçivəsində Mərkəzi Kitabxananın 45 illik yubileyi ilə əlaqədar İ.İbrahimov adına 167 nömrəli tam orta məktəbdə tədbir keçirdi. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Abonement bölməsinin müdiri Lalə Səlimova M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın yaranma tarixi haqqında məlumat verdi. O qeyd etdi ki, MKS-ə 4 filial daxildir. Mərkəzi Kitabxananın fondunda Azərbaycan və rus bölmələri var. Kitabxananın fondunda – kitab, qəzet, jurnal, plakat, açıqca saxlanılır. 

 Baş kitabxanaçı Gülnarə Cəlilova kitabxananın beynəlxalq əməkdaşlığından, eləcə də ölkə daxilindəki kitabxanalar arasındakı əməkdaşlıqdan danışdı. O bildirdi ki, Mərkəzi Kitabxana əməkdaşlıq çərçivəsində Rusiya Federasiyasının Orenburq vilayətinin P-Porkovka model kitabxanası ilə interaktiv plakatlar hazırlamış, Blaqoveşensk şəhər kitabxanası ilə təcrübə mübadiləsi aparmışdır. S.Vurğun adına Kiyev şəhər kütləvi kitabxanasında, Udmurt Milli Kitabxanasında Azərbaycan guşəsi yaradılmışdır. Baş metodist İradə Hüseynova Mərkəzi Kitabxanada həyata keçirilən layihələr haqqında məlumat verdi və bildirdi ki, “Şəhidlər ölməz, Vətən bölünməz”!, “Milli Qəhrəmanlarımızı tanıyaq”, “Azad olmuş şəhərlərimiz” adlı layihələrimizdə Azərbaycanın Milli Qəhrəmanları haqqında videoçarxlar, videoməlumatlar hazırlanır və kitabxananın sosial şəbəkə izləyicilərinə təqdim olunur, kitabxananın YouTube kanalında yayımlanır. Yazıçılar, şairlər şəhidlərimizə həsr etdikləri şeirləri, hekayələri, oçerkləri, esseləri kitabxanaya təqdim edildi. İnformasiya texnologiyaları üzrə mütəxəssis Elnarə Qarayeva çıxış edərək qeyd etdi ki, kitabxanamız uşaq ədəbiyyatını da təbliğ edir. Mədəniyyət Nazirliyinin əmrinə əsasən Facebook sosial şəbəkəsində “Kitabsevər uşaqlar” səhifəsi və eyni adlı YouTube kanalı fəaliyyət göstərir. “Kitabsevər uşaqlar” səhifəsinin ideya müəllifi Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədovadır. 167 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gövhər Sadıqova, məktəb kitabxanasının müdiri Məlahət Rəvanova və kitabxanaçı Samirə Məmmədova məktəblə birgə əməkdaşlığ çərçivəsində keçirilən tədbirlərdən danışdılar və M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın əməkdaşlarını yubiley münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirdilər.  Tədbirdə iştirak edən, Mərkəzi Kitabxananın fəal oxuçuları  yuxarı sinif şagirdlərdən Eyvaz Məmmədov, Rəşid Rəsulov, Ayxan Hacıyev, Leyla Əhmədzadə, Zöhrə Abbasova çıxış edərək, mütaliə etdikləri maraqlı kitablar haqqında danışdılar və kitabxanadan faydalandıqlarını qeyd etdilər.                       

 

 

ı                                                                                                                                                                         

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN