Türkiyəli müğənni Hadisə aktrisalıq edəcək.

Müğənninin dijital platformada yayımlanacaq layihədə rol alacağı bildirilib.

Serial 8 bölümdən ibarət olacaq və ifaçı çəkilişin müqabilində 10 milyon lirə, yəni 527,332 manat  qazanacaq.

 Məsələn, "Yalı çapkını" serialında rol alan aktrisa Afra Saraçoğlu isə bu yaxınlarda şampun reklamına çəkilmək üçün 18 milyon lirə tələb edib… Bu, 1 milyon manata yaxın bir məbləğdir.

Qeyd edək ki, Azərbaycanda aktyorların seriallarda çəkiliş müqabilində qazandıqları pulu dilə gətirmək olmur. Onlar 1 serial müqabilində çox cüzi məbləğ alırlar.

TEZADLAR.AZ xəbər verir ki, bu yaxınlarda verilişlərdən birində qonaq olan Əməkdar artist Qorxmaz Əlili bildirib ki, aktyorlara isə "yolçu" pulu verilir.

 "Hansısa bir film və ya serialın çəkilməsi üçün yaxşı vəsait ayrılır. Amma məsələ aktyora veriləcək qonorara gəldikdə pul vermirlər. Serial çəkilir. Bir aktyor 50-dən çox bölümdə oynadığına görə əslində 200 mindən çox pul almalıdır. Həmin pul əvəzinə 1500 manat verir və bir ayın içində səni seriala çəkir və sonrada yola salır", - deyə o bildirib.

Ümid edək ki, nə zamansa bizim aktyorlarımız, aktrisalarımız da qazanclarından razı qalacaq...

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN