Şairə Nazilə Səfərli bu günlərdə sosial şəbəkə hesabında qalmaqallı paylaşım edib.

Belə ki, bir neçə gün öncə xəstə yatağında olan meyxanaçı Ağakərimi ziyarət etmək istəyən Nazilə Səfərli sənətçinin evinin qapısında qalıb. Səbəbi isə meyxanaçının ailə üzvlərinin N.Səfərliyə qapını açmaması olub. Bu barədə paylaşım edən Nazilə Səfərliyə Ağakərimin oğlu Kərimdən sərt reaksiya gəlib. O, N.Səfərlinin atasından istifadə edərək reytinqini qaldırdığını bildirib.

Nazilə Səfərli də Kərimimin fikirlərinə sosial şəbəkədə bu statusu ilə sərt cavab verib: "Oğlu deyir ki, Nazilə atamdan reytinq tutur. Ay qapı açmağa "duxu" çatmayan oğul, atanın reytinq verdiyini bilirdinsə, özün niyə üç ildə bir dəfə istifadə etmirdin? Reytinq verən mənəm, ay atasının xəstəliyindən istifadə edib mülklərini satan bivec oğul. Psixotrop iynələri yazığın canına doldurursunuz ki, ayılmasın, bağı 150 minə satdığınızdan xəbəri olmasın?"

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN