Müğənni Nüşabə Musayeva Rəqsanə İsmayılovanın Moskvaya gələn müğənnilər barədə dediyi fikirlərə dəstək olaraq Tolikə verdiyi  müsahibəsində belə deyib: “Ailəliyəm deyib, gizli-gizli işlər görürlər axı. Rəqsanə bunu demək istəyirdi. Yoxsa ona irad bildirdilər ki, sənin keçmişin belədir. Guya kimin keçmişi normaldır?”

P.S. Ay Nüşabə xanım, Allah sənin xasiyyətini kəssin. O nə sözlərdir elə bizim şou əhli olan xanım müğənnilər haqqında deyirsən? Sənin sözündən belə çıxır ki, bizim şou əhli olan müğənni xanımların keçmişi normal olmayıb. Yəni ailəli ola-ola yanlış yol gediblər? Yox, Nüşabə xanım. Əvvəla, bizim şou-biznes bazarına gələn xanım müğənnilər ya ərsiz olur, ya da rəhmətlik Habil Əliyev demiş, ərindən boşanandan sonra müğənni olurlar. Deməli, “əri ola-ola gizli işlər görürlər” fikri yanlışdır. İkincisi, ay Nüşabə xanım keçmişi normal olmayan bu şou əhli xanımların gələcəyi necə normal ola bilər? Rəhmətliyin qızı, keçmişi normal olmayanın, yəni anormal olanın gələcəyi anormal olacaq dəəə... Necə ki, indi belədir. Efirlərdən əxlaqsızlıq, soyunub lütlənmək, sponsorunun Həci olduğunu yayanların gələcəyi ola bilməz axı... Bunlar diriykən ölü kimi bir zaddılar. Ölünü də ki, özbaşına qoyublar deyə, şıllaq atıb özlərini də, kəfəni də cırırlar.

***

Milli Məclisin ötən həftə keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun qəbul edilib. Yeni qanuna görə əlillik daha dərəcə ilə yox, faizlə ölçüləcək. Bu barədə mətbuata danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev belə deyib: “BMT-nin əlillərin hüquqları haqqında konvensiyasının tələblərindən biri də milli qanunvericiliyi beynəlxalq qanunvericiliyə uyğunlaşdırmaqdır”.

P.S. Musa müəllim, bəlkə beynəlxalq qanunvericiliyi milli qanunvericiliyə uyğunlaşdıraq ki, minlərlə əlillər təqaüdü dayandırılıb, dövlət qayğısından məhrum olmasınlar. Yeni qanuna görə, orqanizmin 81-100%-ni itirənlər I dərəcə, orqanizmin 61-80%-ni itirənlər II dərəcə, orqanizmin 31-60%-ni itirənlər isə III dərəcə əlilliyi olan şəxslər adlanacaq. Deməli, III dərəcədən II dərəcəyə, II dərəcədən isə I dərəcəyə düşməyə cəmi 1 faiz çatmır. İndi hörmətli Musa müəllim və hörmətli əmək və əhalinin sosial müdafiəsi naziri cənab Sahil Babayev, deyə bilərsinizmi, bax həmin o 1 faizi əldə etmək üçün Həkim Tibbi Ekspert Komissiyasında əlillər təqaüdlərinin neçə faizindən keçməlidirlər ki, istədikləri dərəcəni ala bilsinlər? Sualım bir az qəliz olmadı ki? Amma bilmək olmaz, Allah eləməsin, günlərin birində bu qanuna səs verən deputatların da o 1 faizə ehtiyacı olar və onda biləcəksiniz ki, belə idiot qanunla əlilləri bu qədər təhqir etmək olmaz.

***

 Fransanın erməni əsilli, yəni erməni axçisi Emma Makronyanın oğlu Emanuel Makron, qan qohumluğu olan kiçik bacısı Ermənistanı müdafiə etməyinin cəzasını nəhayət aldı. Bu günlərdə Fransanın Valans şəhərində, Ten-d Ermitaj kammunasında vətəndaşlarla görüşü zamanı bir fransız Makronun qulağının dibinə babat bir şillə tutuzdurub. Bu barədə danışan Makron belə açıqlama verib: “Fransızların əksəriyyəti dərin məsələlərlə maraqlanır. Bu məsələ çoxlarının həyatına təsir edən digər vacib mövzuları kölgədə qoymamalıdır. Məni heç nə dayandıra bilməz”.

P.S. Öz aramızdır, videoya baxanda görürük ki, şillə heç də pis alınmayıb haaa... İndi bu erməni Makron deyir ki, fransızlar dərin məsələ ilə maraqlanır. Yəni bu ölkənin prezidentinə vurulan o nataraz şillə çox dayaz şeydir. Heyranına şükür ya Rəbbim! Görün, o boyda ölkənin prezidenti nə qədər dayaz adamdır ki, birinci şəxs kimi şillənin ona təsir etmədiyini deyir və yəqin növbəti belə bir görüşdə, inşallah yumruq dəyər, daha növbəti bir görüşdə isə dalına bir təpik vurub prezidentlikdən yola salarlar. Tarixi şillənin sahibi fransıza isə babat təşəkkürlər düşür və deyirik:- davamı gəlsin. Amma şillənin Paşinyanın Fransadan qayıdandan sonra dəyməsi lap ləzzət edir haaa...

***

Qəzetlərin birində yazıya belə bir başlıq qoyulub: “Müxalifətin tarixə dönən mitinq taktikası - yenə ola bilərmi?”

P.S. Yox, ola bilməz. Ona görə ki, qəbristanlığa gedən ölü bir də geri qayıtmır. Çünki müxalifət və onun mitinq taktikası çoxdan “kaput” olub və...

***

Xalq artisti Azərin (Anaxanım Tağıyeva) futbol üzrə Avropa Çempionatında Türkiyə millisinə dəstək üçün “Canım Türkiyəm” adlı mahnı ifa etdiyini bildirərək deyib: “Bu ifanı Türkiyə milli komandasına dəstək məqsədilə ifa etmişəm”.

P.S. Görünür Azərinin bu mahnısı çox zəif olub deyə, elə açılış oyununda Türkiyə millisi İtaliya millisinə 3:0 uduzdu.

***

Xəbər verilir ki, müğənni Günel Ələkbərova (pişik Günel) bir sayta ilk evliliyindən danışarkən belə deyib: “Qismət olmadı. Toya bir neçə gün qalmış bəyi qaçırdılar. Yaxşı ki, belə olub. Ziyanın yarısından dönmək də yaxşıdır”.

P.S. Ay Günel xanım, bəlkə ziyanın yarısından qayıtmaq, yəni toya bir neçə gün qalmış qaçması bəyin xeyrinə olub? Sadəcə gələcəkdə bir şou əhlindən canını vaxtında qurtarıb dayna.

***

Müğənni Afət Fərmanqızı paltarlara çox pul xərclədiyini söyləyərək belə deyib: “ Bu ayaqqabı hədiyyədir və qiyməti 3500 manatdır”.

P.S. Axır ki, Afət Fərmanqızında da qiymətli nəsə tapıldı. Sənəti ucuz olsa da, ayaqqabısı çox baha imiş. Amma nankorluq etməyib 3500 manata ona ayaqqabı hədiyyə edən sponsordumu, dostdumu, fanatıdımı, bilmirəm, gərək adını deyəydi.

***

Müğənni sayılan Vəfa Şərifova, ərinin onu döyməsindən danışarkən belə deyib: “Əvəllər deyirdim ki, beş uşağım olsa da, həyat yoldaşım mənə xəyanət etsə, əl qaldırsa, boşanaram. Mənə xəyanət də etdi, əl də qaldırdı. Amma boşanmadım. Dözmərəm dediyim hər şeyə dözdüm. Niyə? Çünki istəmirəm uşağım atasız böyüsün”.

P.S.  Bax buna deyərlər əsl qəhrəmanlıq. Nöşün ki, əri sənətə qurban verməyib. Fikirləşib ki, sənəti olmasa da, barı əri olsun. Şou əhli xanımın ərinin olmasının özü bir sensasiyadır. İndi Vəfa xanım, müğənni kimi uğur qazana bilməsə də, ərinin olması ilə böyük uğur qazanıb ki, bu da gündəm üçün vacib amildir...

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN