"Müğənnilərdən bir xahişim var: Yalvarıram sizə, şəhid anaları, xanımları ilə görüşəndə bəzəkli-düzəkli getməyin. Bu yaxınlarda məni dəvət etdilər. Müğənnilər çox dəbdəbəli gəldilər".

Bu sözləri Xalq artisti Flora Kərimova müğənni Niyam Salami ilə söhbətində deyib. Müğənni sənət adamlarına səslənib.(axşam.az)

O bildirib ki, şəhid anaları, övladları ilə görüşə gedənlər çox bəzənirlər:

"Şəhid anası ağappaq saçla oturub. Onun yanında yeddiqatdan çıxmış müğənni... Müğənni hiss etmir ki, o, ananın gözündə yaş, üsyan var. Nə olar bəzənməyin. Çünki o xanımın, ananın, ağbirçəyin gözündə həsrəti görürsüz, hiss etmirsiz? Onun həyat yoldaşı, övladı, nəvəsi torpağın övladıdır, bizə görə canını verib. Siz bərli-bəzəkli gələndə... Qadının səliqə boynuna biçilib, amma...".
***
Yəqin ki, bu çağırış, bu müraciət təkcə müğənnilərimizə, sənət adamlarına şamil olunmamalıdır. İllərin sənətkarı, ustadı, sevilən səsi - Xalq artistimizin bu hayqırtısı, bu yanğısı bir çoxuna ibrət dərsi olmalıdır. Cəmiyyətdə tutduğu mövqeyindən, statusundan asılı olmayaraq, hər bir kəs getdiyi yerin, açdığı qapının, iştirakçısı olduğu məclisin həm səbəbini düzgün dərk etməli, həm də bu ziyarətin məqsədini, məramını anlamalıdır. 
Başımızı uca edən, bizi illərin torpaq həsrətindən həyatları hesabına qurtaran qəhrəman şəhidlərimizin, sağlamlıqlarını itirən qazilərimizin  heç nə ilə haqlarını ödəyə bilmərik. Lakin onların ailələrinin acısını acımız bilmək, dərdlərinə şərik çıxmaq, ziyarətlərinə adət-ənənəmizə uyğun şəkildə getmək boynumuzun borcudur! 
VİDEONU İZLƏMƏK ÜÇÜN AŞAĞIDAKI LİNKƏ DAXİL OLUN.
 
TƏQDİM ETDİ: JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN