“Qazaxfilm” kinostudiyasının mətbuat katibi Bauırjan Usenov qızıl fondun heç bir ziyan görmədiyini və təhlükəsizlikdə olduğunu bildirib. 

Cümə axşamı Qazaxıstan kinosunun şedevrlərinin yer aldığı qızıl fondun ölkədəki iğtişaşlar zamanı məhv edildiyi barədə məlumat yayılıb.  “Qazaxfilm” kinostudiyası həm binasının, həm də arxivlərinin ziyan görmədiyini  vurğulayıb.

Usenov Sputnik Qazaxıstana bildirib ki, “Qazaxıstan” telekanalı qızıl fondunu itirdiyini elan etdikdən sonra qarışıqlıq başlayıb: “Təəssüf ki, kanalın arxivi itib. Bizdə hər şey yaxşıdır”, - deyə vurğulayıb.

 Xatırladaq ki, Almatıda iğtişaşlar nəticəsində Qazaxıstan kinosunun qızıl fondunun yandırılması barədə məlumatı "Atameken biznes" televiziya kanalı yayıb. Qeyd edilib ki, qızıl fonda qazax kinematoqraflarının şedevrləri daxil olub.

Lakin göründüyü kimi, “Qazaxfilm” kinostudiyasının qızıl fondu zərər görməyib və bütün şah əsərlər qoruma altındadır.  İğtişaşlardan zərər görən isə “Qazaxıstan” telekanalı olub.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN