Əməkdar artist, müğənni Cavanşir Məmmədov “Xalq artisti” fəxri adı istəyir.

Sənətçi mətbuata açıqlamasında fəxri ada layiq görülməməsindən gileylənib: "Nazirliklərdə rütbəni 3-5 il arasında verilir. Niyə mən 17 ildir ki, əməkdar artist adını daşıyıram? Peşman olublarsa, geri qaytarsınlar. Ulu Öndərin təqdimatında səhnəyə gəlmişəm. Şəkillərim, sənədlərim var. Bəyənirlərsə, niyə ad vermirlər? Cənab nazirdən aslı deyil. O təzə gəlib. Yəqin, xətrimi çox istəyir. Elə xalq artistləri var ki, Moskvadan o tərəf ə keçməyiblər. Bu, necə olur? 18 yaşımdan səhnədəyəm, xidmət etmişəm, öz haqqımı istəyirəm. Bəlkə, səhnə mədəniyyətim zəifdir? 151 mahnı oxumuşam, 121-i bəstəkar mahnısıdır. Azərbaycan muğamlarını, bəstəkar və estrada musiqilərimizi barmağım kimi bilirəm. Həm xalq, həm də estrada musiqilərindən xəbərdar olan yeganə müğənniyəm".

Müğənniyə "Xalq artisti" fəxri adının verilməsi ilə bağlı Mədəniyyət Nazirliyin "İncəsənət və qeyri-maddi mədəni irs" şöbəsindən bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 14 may 1999-cu il tarixli 130 nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnaməsinə əsasən mədəniyyətimizin inkişafında xidmətləri olan incəsənət xadimlərinə fəxri adlar yaş həddinə, yaxud uzunillik fəaliyyətə görə deyil, milli mədəniyyətimiz qarşısında müstəsna xidmətlərinə, çalışdığı sahənin inkişafında əldə etdiyi uğurlara görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında verilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN