Tbilisidə 8-ci əsirə aid olan abidənin üzərindəki ərəb yazısı gizlədilməyə və məhv edilməyə çalışılıb.

"TEZADLAR.AZ" Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə mədəniyyət mütəxəssisi Çira Elisaşvili şəxsi facebook səhifəsində paylaşım edib. Onun sözlərinə görə, Tbilisidə ümumilikdə 3 tarixi ərəb yazısı tapılıb, onlardan biri də həmin gizlədilməyə çalışılan və boya ilə üzəri örtülməyə çalışılan 8-9-cu əsirlərə aid olan abidədir: "Tbilisidə ümumilikdə 3 epiqrafik ərəb yazısı tapılıb... ən sonuncu 2012-ci ildə Puşkin küçəsində köhnə bir hasara tikilmiş bir daş şəklində tapıldı, üzərində 6 sətir həkk olunmuş ərəb yazısı var. Yazının ilk 4 sətir oxunmur. Son ikisi isə qismən oxunur. Yazı ərəb xəttatlığının kufr üslubuna aiddir. Mətn bizə yazının Səllam İbn Habban və ya Hayyan tərəfindən Həccin ikinci əsrində, yəni eramızın 8-9-cu əsrlərində yazıldığını bildirir", - deyə Çira Elisaşvili bildirib. Gürcüstanın Mədəni İrs Agentliyi isə mövcud məlumatı təsdiqləyib və problemin aradan qaldırılması üçün hərəkətə keçildiyini bildirib.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN