Toya çağrılanda milli adətimiz olan paysız – pulsuz  ötüşülmür.

Mütləq, yeni evlənənlərə dəstək olmaq üçün (əslində qiymətləri od tututb yanan şadlıq evlərinin cibinə gedən) onlara pul hədiyyə edirik.

Müasir zamanda xidmətlər elektronlaşıb,  həmçinin insanlar daha çox nağdsız  - kartlar vasitəsilə ödənişlər edirlər. İndi isə toylarda “yazılan pul”un da elektronlaşmış üsulu yaradılıb.

Belə ki, “TOYPAY” adlı elektron terminallar vasitəsilə toy pulu "yazdırmaq" daha rahatlşacaq.

Terminal aparatın seçimi toy sahibinin razılığı ilə restoran tərəfindən 200 manata (1 günü) kirayələnə biləcək . Bu barədə şirkətin direktoru Elşən Quliyev KİV-ə açıqlamasında bildirib. Həmin aparat milli pulumuzla yanaşı həm dollar, həm də avro qəbul edəcək. Toya gələnlər daha paketlərə pul qoyaraq qutuya atmayacaq, həmin terminalda adını, təbrikini yazıb və sonra pulu ödəyəcək.

“Toy sahibinə email ilə bildiriş göndərilir ki, filan şəxs sizin toyunuza bu məbləğdə (məsələn 200 AZN - red) pul yazdırdı. Toy bitdikdən sonra isə ev yiyəsi rahat bir şəkildə bütün məlumatları təhvil alır və artıq saymağa ehtiyac olmadan sonda nə qədər məbləğin toplandığını bilərək həmin məbləği terminalın seyfindən əldə edir”, - deyə şirkətin direktoru bildirib.

Əsas odur ki, toy olsun, həm də cibdə pul olsun!

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN