“İnsan hüquqları XXI əsr-Azərbaycan” Fondu (Fond) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Erməni vandalizmi: işğaldan öncə və sonra” fotolarda layihəsinin icrası məqsədilə Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyət göstərən Macarıstan-Azərbaycan Evində “Erməni vandalizmi: işğaldan öncə və sonra” adlı foto-sərgi keçirilib.

Foto-sərginin açılış mərasimində Azərbaycanın Macarıstandakı səfiri cənab Tahir Tağı-Zadə, Səfirliyin əməkdaşları, Macarıstanda yaşayan və təhsil alan müxtəlif xalqların nümayəndələri, Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşları, Macarıstanda yaşayan və təhsil alan azərbaycanlılar iştirak edib. Foto-sərginin açılış mərasimində həmçinin Macarıstanda təhsil alan Ramil Şükürovun ifasında tədbirin mahiyyətinə uyğun milli musiqilərimiz ifa olunub.

Qeyd edəkki, foto-sərginin təşkilati dəstəkçisi Azərbaycan Diasporuna Dəstək Fondu və Macarıstan-Azərbaycan Evidir.

20 gündən artıq sərgilənəcək foto-sərgini ümumilikdə yüzlərlə insanın ziyarət etməsi gözlənilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN