“Dəvət edildiyim sosial verilişlərdə aparıcı sual verir, ürəyimin təmizliyindən səmimi cavab verirəm. Sonradan görürəm ki, bu sözləri şişirdib şəxsi həyatımı müzakirə edirlər. Bu da ailəmdə problemlər yaradır”.

Bu sözləri tanınmış aktyor, Əməkdar artist Rəhman Rəhmanov yerli mətbuata açıqlamasında deyib.

Aktyor son vaxtlar sosial şəbəkələrdə şəxsi həyatı ilə bağlı yalan məlumatların yayıldığını və bu cür söz-söhbətlərin ailəsində narazılıq yaratdığını bildirib: “Bu gün bəzi ağzıgöyçəklər yazırlar ki, Rəhman iki arvad saxlayır. Xeyr, belə deyil. Yalan məlumatlar ailəmdə söz-söhbətlərə səbəb olur. Belə şeylər lazım deyil. Mənim bir həyat yoldaşım var. O biri həyat yoldaşımdan 28 il əvvəl məhkəmə yolu ilə ayrılmışam. İllər öncə bir verilişə müsahibə vermişdim, onda keçmiş xanımımı da evə dəvət etdik. Dedik ki, uşaqların xatirinə münasibət yaradırıq. Axı onda uşaqlar balacaydı, onlara mənəvi əzab yaşatmaaq olmazdı. Amma indi uşaqlarım böyüyüb. Gərək boşananda da elə boşanasan ki, uşaqlara zərbə dəyməsin, biz də dost kimi ayrıldıq. Həmin verilişi əllərində bayraq edib yalan xəbərlər yayırlar ki, guya iki arvad saxlayıram.

İki xanımla eyni evdə yaşamaq mümkünsüzdür. Qanun var, qayda var. İkincisi də, mənim olan-qalan bir otağım var. Şəraitsiz evdə yaşayırıq. Bunu yenə də təkrar edirəm, hər kəs bilsin: “Xanımımla rəsmi nikahdayıq”. O biri ilə də rəsmən boşanmışam. Bir də şəxsi həyatım barədə dedi-qodu eşitsəm, həmin şəxsləri məhkəməyə verib, külli miqdarda təzminat alacam”.

E.ŞİRİNOV

Pin It

Koronavirus neçə ildir dünyanı imtahana çəkir, nəhayət, sanki Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra vəziyyət müsbətə doğru dəyişməkdədir...

Pin It

Əsgər Əyyub oğlu Ələkbərov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Pin It

18-20 fevral 2022-ci il tarixlərində “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İB-nin İdarə Heyətinin üzvü, İCOM Azərbaycanın Milli Komitəsinin üzvü və İCOMAM Beynəlxalq Komitəsinin (hərb tarixi, hərbi muzeylər və silah kolleksiyaları üzrə) İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Dövlət Ermitajının və Rusiya Federasiyasının Prezidenti yanında Heraldika Şurasının təşkilatçılığı ilə keçirilən hibrid-konfransda rəsmi dəvət əsasında elmi məruzə ilə əyani olaraq iştirak edib. Bu ilki konfrans Böyük Pyotr tərəfindən Heroldmeyster kontorunun yaradılmasının 300 illiyinə və Rusiya Federasiyasında Heraldika xidmətinin bərpasının 30 illiyinə həsr edilmişdi. P.Gözəlovun məruzəsi “1919-1922-ci illərin inqilab bayraqlarında İslam və sovet simvolları”.

Pin It

…Məhəlləmizdə uzun illərdir ki, Novruz tonqalı qalamırlar.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN