...Hələ də 14 fevralı Sevgililər Günü kimi bayram edənlər var... 

Pin It

...Hələ də 14 fevralı Sevgililər Günü kimi bayram edənlər var...
Pin It

Ötən gün Ankarada TürkSOY Genel Mərkəzində Türk Ədəbiyyatı Vəqfinin 2022-ci il üzrə təsis etdiyi “Yaşayan Dədə Qorqud” və “Türk Dünyasına Üstün Xidmət Ödülləri”nin təqdimatı mərasimi keçirildi. Bu münasibətlə Türk Ədəbiyyatı Vəqfi başqanı Sərhat Kabaklı, “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru İmdat Avşar, Türk ədəbiyyatı Vəqfinin başqan vəkili Esat Kabaklı, Ömer Balıbey, Vəqfin yönəticilərindən Mehmet Ali Talayhan, “Türk ədəbiyyatı” dərgisinin əməkdaşı Səadət xanım Örməci və Yüksəl xanım Kabaklıdan ibarət heyət İstanbuldan Ankaraya rəsmi səfər etmişlər.

TürkSOY genel mərkəzində gerçəkləşən ödül törənini giriş sözü ilə açan Türk Ədəbiyyatı Vəqfi başqanı Sərhat Kabaklı Türk dünyasına könüllü xidmət edən aydınlarımızı bu ödüllərlə təltif etməkdən qürur duyduğunu dilə gətirdi. Başqanın açılış nitqindən sonra “Türk ədəbiyyatı” dərgisinin əməkdaşı Səadət xanım Örməci Türk Ədəbiyyatı Vəqfinin və “Türk ədəbiyyatı” dərgisinin  Türk İnsanının mənəvi təşəkkülündə və milli düşüncəsinin formalaşmasında önəmli yerindən bəhs edən maraqlı nitq söyləyərək çıxışının sonunda Vəqfin təsis etdiyi ödülləri və sahiblərinin adlarını açıqladı:

Mərhum Şeyxülmühərririn Ahmet Kabaklı və dostları tərəfindən 1972-ci ildə qurulan Türk Ədəbiyyatı Cəmiyyəti 1978-ci ildə Türk Ədəbiyyatı Vəqfi olaraq fəaliyyətini davam etdirmişdir. Türk mədəniyyətinin ən sağlam və sarsılmaz sütunlarından olan Türk ədəbiyyatı Vəqfi bu günə qədər gerçəkləşdirmiş olduğu fəaliyyətlərlə milli köklərimizə bağlı qalaraq “kökü keçmişə söykənən gələcəyi” inşa etməyə çalışan bir qurumdur.

Türk ədəbiyyatı Cəmiyyətinin mətbu orqanı olaraq 1972-ci ilin yanvar ayında ilk sayı ilə oxucuları salamlayan Türk ədəbiyyatı dərgisi bu ay yayın həyatındakı 580 sayını geridə qoymuşdur. Ədəbiyyat tariximizin ulu çinarlarından olan dərgimiz Türk ədəbiyyatında ən çox yol gələn dərgilərdən biridir. Türk Ədəbiyyatı Vəqfi və “Türk ədəbiyyatı” dərgisi yarım əsrdir ki, elm, mədəniyyət və sənət adamlarını dəstəkləyən, onların əsərlərini yayımlayan qutlu bir ocaq olaraq varlığını davam etdirməkdədir. 50 ildir davam edən “Çərşənbə söhbətləri” Türk Ədəbiyyatı kürsüsünü elm, mədəniyyət, sənət məsələlərinin dilə gətirildiyi, gündəmə daşındığı və müzakirə olunduğu bir platformaya çevirmişdir. Calal Bayar, Alparslan Türkeş, Rauf Denktaş, Deniz Baykal kimi siyasətçilər, Mehmet Kaplan, Erol Güngör, Faruk Kadri Timurtaş, Osman Yüksəl Serdengeçti, Samiha Ayverdi, Alaəddin Yavaşca, Nəcib Fazil, Orxan Şaik Gökyay kimi neçə elm və mədəniyyət adamları, şair və yazarlar bu kürsüdən konfrans vermiş, nitq söyləmişlər. Bu konfranslara aid 50 illik zəngin bir arxivimiz də vardır.

Vəqfimizin “Türk ədəbiyyatı Vəqfi yayınları”, “TEDEV uşaq nəşrləri”, Türk dünyası ədəbiyyatlarına aid əsərlərin yayımlandığı “Turay yayınları” olmaqla üç müxtəlif yayın evləri vardır ki, bu günə qədər 375 müxtəlif kitabın nəşrini gerçəkləşdirmişdir.

Türk Ədəbiyyatı Vəqfi Türk mədəniyyətinə önəmli xidmətləri olan elm və sənət adamlarını hər il mükafatlarla təltif etməkdədir.

Bu il mükafat komissiyamızın irəli sürdüyü təklifə əsaslanaraq Vəqfin idarə heyətinin 8 yanvar 2022-ci il 2022/01 saylı qərarı ilə:

Dilçilik elmimizə verdiyi böyük töhfələrinə görə Türk dünyasında dilimizin piri kimi qəbul edilən Professor Ahmet Bican Ercilasun, Türk kimliyinin inşası üçün əsərləri və mücadiləsi ilə bu yolda həmişə ön sırada dayanan, eyni zamanda Vəqfimizin qurucularından olan Professor İsgəndər Öksüz, şeirləriylə Türk dünyasının hər bölgəsində boy göstərən, “Arala ağı”, “Göygöl”, “Türkülər” kimi şeirləri ilə Türkcənin bayraqdarlığını edən şair Ali Akbaş”Yaşayan Dədə Qorqud” ödülünə layiq görülmüşdür.

Türk Dünyasının ortaq qurumu olan və qurulduğu gündən bu yana Türk mədəniyyətini və sənətini beynəlxalq müstəvidə təbliğ edən, tanıdan, TÜRKSOYa rəhbərlik etdiyi gündən bəri Türk dünyasının mədəni zəmində birləşib bütünləşməsi üçün çox böyük işlər görən TÜRKSOY Genel Sekreteri Düsen Kaseinov; ömrünü türklük davasına həsr etmiş, bugünə qədər qurulan bütün milli təşkilatlarda qurucu və ya üzv olaraq çalışan Türk milliyyətçilərinin böyüyü, ağsaqqalı Sadi Somuncuoğlu, ədəbiyyatdan musiqiyə, dildən sənətə çox fərqli müstəvilərdə milli mədəniyyətimizi yaşatmağa çalışan, hər qurumda, dərgidə yazılarıyla yer alan, intellektual kimliyi ilə istedadlı gənclərə daima yol göstərən şair, yazar, tənqidçi, publisist A.Yağmur Tunalı, qurduğu İLESAM VƏ TÜRKSAV kimi qurumlarda yürütdüyü çalışmalarla Türk dünyasının hafizəsində xüsusi yeri olan, şeirləriylə könüllərdə taxt quran Yahya Akengin, Türk ocaqları təşkilatından başlayaraq Türk dünyasına yönəlik fəaliyyətləri ilə daim öndə olan, Avrasiya Yazarlar Birliyinin və Türk dünyasının ortaq dərgisi olan  “Qardaş qələmlər”in qurucusu doç.dr. Yaqub Öməroğlu “Türk Dünyasına Üstün Xidmət Ödülü”nə layiq görülmüşlər.

Daha sonra təqdim etmə mərasimi keçilirilmiş və  mükafatlar  sahiblərinə təqdim edilmişdir. “Yaşayan Dədə Qorqud”, “Türk Dünyasına üstün xidmət ödülləri” ilə yanaşı xüsusi  olaraq bir mükafatın da təsis olunduğu diqqətə çatdırılmışdır.

“Türk ədəbiyyatı” dərgisinin 50 illik yubileyinə özəl olaraq Dərginin ən qiymətli və vəfalı oxucusu Zəki Birdoğan “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru İmdat Avşar tərəfindən xüsusi təltiflə mükafatlandırılmışdır.

Xatırladaq ki, Vəqfin təsis etdiyi digər ödüllər 8 fevral 2022-ci il tarixdə İstanbulda Türk Ədəbiyyatı Vəqfində düzənlənəcək törəndə sahiblərinə təqdim ediləcək.

Xəyalə Zərrabqızı

 

Pin It

Rəfail Tağızadə Azərbaycan oxucularına yaxşı tanışdır.Vaxtı ilə ilk qələm  təcrübəsi olan şeirləri ilk dəfə “Təzadlar”da dərc olunandan sevildi R.Tağızadə. Bu gün püxtələşmiş şair və publisist kimi, R.Tağızadənin cəmiyyətdə özünəməxsus yeri, mövqeyi olduğu kimi, öz doğma qəzeti bildiyi “Təzadlar”ın da qəlbində ayrı yeri var.

İşğaldan azad olunan doğma Ağdama ilk səfəri, şair kimi ürəyində, qəlbində fırtınalar yaratdı R.Tağızadənin. Erməni vəhşilərinin viranə qoyduğu yurdu  o vəziyyətdə görüb, dözmək hər oğulun hünəri deyildi. Şair üçün isə, bu ağrı,acı ikiqat dözülməzdir. Belə səfərlərin birində vandal ermənilərin xaraba qoyduqları yurdda öz evinin yerini axtaran bir anaya R.Tağızadənin həsr etdiyi şeir olduqca təsirlidir. R.Tağızadənin həmin duyğulu seirini “Təzadlar”ın oxucularına təqdim edirəm.

***

Dəli sakiniyəm divanə evin

İşğaldan azad edilmiş və ermənilərin xarabaya çevirdiyi Ağdamda evini axtaran anaya həsr olunur                   

Mən sənin dərdinəm, göz yaşlarınam,
Sürünən ayağın, əsən əlinəm.
Ümidi qeyb olan, gümanı itən,
Çoxdan axtardığın həmin dəliyəm.

Dəli sakiniyəm divanə evin,
Gömülən daşlar da mənimtək xəstə.
Əlinin izini tapa bilməyən,
Hör məni o sökük bünövrə üstə.

Sovulan həyatda nə həyət-baca...
Darvaza yerində yulğunlar bitib.
Xatirə xəyalı yediyi gündən  
Mənim varlığımın mənası itib.

Axtarıb evini tapa bilməmək,
Dünyanın ən ağır yaşam səhnəsi.
Evin sökük daşı çağıra səni, 
Aza tərəddüddə “həə” kəlməsi.

Yolun, yolağan yox, izin tapıla,
İtən çəpərlərdə həyətlər olmur.
Divarsız evlər də boş qəbir kimi.
İçinə girirəm, ...dolmur ki, dolmur.

Rəfail Tağızadə
08.01.2022

Hazırladı və təqdim etdi:

Elçin MƏMMƏDLİ

Pin It

Ədəbi düşüncənin “Uzaq vuran artilleriyası”, milli-mənəvi dəyərlərimizin böyük tərənnümçüsü,

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN