AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi Şakir Mehdiyev Qazaxıstan Respublikasının Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutu və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin birgə təşkilatçılığı ilə “İnformasiya-kommunikasiya texnologiyaları sferasında yeni reallıq: tendensiyalar və perspektivlər” mövzusunda onlayn rejimdə keçirilən dəyirmi masada iştirak edib.

İnstitutdan verilən məlumata görə, plenar və iki tematik sessiya formatında keçirilən tədbirin əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı sahəsində təcrübə və fikir mübadiləsinin aparılmasıdır.

“İnformasiya texnologiyalarının inkişafı üzrə AQEM-in iştirakçı-dövlətlərinin təcrübəsi” adlı tematik sessiyada informasiya texnologiyaları sənayesinin inkişafında milli təcrübə, bu sahədə yeni qlobal trendlər və s. məsələlər müzakirə olunub.

“Qlobal turbulentlik şəraitində informasiya texnologiyaları sənayesinin inkişaf perspektivləri” sessiyasında isə informasiya məkanının rəqəmsallaşdırılmasının mümkün risk və təhdidləri, müasir çağırışların və təhdidlərin İKT-nin inkişafına təsiri ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirdə institutun baş mühəndisi Şakir Mehdiyev “Elm 4.0: informasiya məkanının elmi fəaliyyətə transformasiyası” mövzusunda məruzə ilə çıxış edib. O, sənaye inqilabları, bu kontekstdə elmin inkişafı, elm və sosial ehtiyacların qarşılıqlı təsiri, elmi mühitin rəqəmsal transformasiyası və Elm 4.0-ın formalaşması haqqında danışıb.

E.ŞİRİNOV 

  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN