Müəllimlərin işə qəbulu müsabiqəsində informatika, rus dili, coğrafiya, rus dili və ədəbiyyatı fənləri üzrə keçirilmiş test imtahanlarının apellyasiya müraciətləri qəbul olunur.

Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb. Bildirilib ki, bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər. Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN