Müəllimlərin sertfikasiya prosesi ilə bağlı müxtəlif fikirlər söylənilir, bəzi iddialar irəli sürülür.

Bəzi iddialara görə, prosesdən ilk olaraq fəxri adları olan müəllimlər keçəcək. 

Təhsil eksperti Elşən Qafarov isə bildirib ki, bir çoxları sertifikasiya ilə bağlı məlumatları yanlış anlayıb və  fəxri adların sertifikasiyaya heç bir dəxli yoxdur .

Ekspert  vurğulayıb ki, sertifikasiya ayrı-ayrı müəllim kateqoriyaları üçün tərtib edilməyib, o peşə yararlılığının yoxlanılması istiqamətinə yönəlib.

 “ Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarına əsasən, o cümlədən, Təhsil Haqqında Qanunun 36.2, Ümumtəhsil Haqqında Qanunun 28-ci maddəsində yazılır ki, ilk dəfə işə qəbul olunanlar 5 il sertifikasiyadan keçmirlər. Bu, o deməkdir ki, sertifikasiya olduqdan sonra yeni işə qəbul olunanlar 5 il müddətində bu prosesdən azaddırlar. 2017-2022-ci illərdə işə qəbul olunanların sertifikasiyadan azad deyillər. 2020-ci ildən müəllimlərin işə qəbulu müsabiqəsinin formatı dəyişib. 2022-ci ilə qədər işə qəbul olunan bütün müəllimlər sertifikasiyadan keçməlidir”, - deyə o, bildirib.

Xatırladaq ki, bir müddət əvvəl təhsil naziri Emin Əmrullayev müəllimlərin sertifikasiyadan keçirilməsi ilə bağlı bəzi təhsil işçilərinin narazılıqlarına münasibət bildirib: "Hesab edirəm ki, bu imtahan əksər müəllimlər, eləcə də əməkdar müəllimlər üçün heç bir problem yaratmayacaq. Çünki son dövrlərdə fəxri adların verilməsi zaman ədalət prinsipini qorumuşuq.

Narazı müəllimlərə gəlincə, qeyd edim ki, sertifikasiya imtahanından bir dəfə kəsilən şəxslərə bir il ərzində növbəti şans veriləcək. Bu kifayət qədər ağlabatan və məntiqli yoldur. Bütün dünyada belə təcrübələr var".

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN