“İndi Qazaxıstanda, Qırğızıstanda və Azərbaycanda bu fənni təhsil proqramlarına daxil edəcəklər” - BTA prezidenti

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali Qazaxıstan Respublikasının Prezidenti yanında Mərkəzi Kommunikasiyalar Xidmətində keçirdiyi brifinqdə deyib ki, Qazaxıstanda türk ölkələri üçün ortaq ədəbiyyat, coğrafiya və tarix dərslikləri əsasında dərs keçəcəklər.

"Bu tapıntını türk xalqının ilk pasportu adlandırmaq olar"

"II Türk Xaqanlığının banisi Qutluq İltəriş Xaqanın - Bilgə xaqan və Külteginin atasının şərəfinə külliyə (abidə kompleks) və qədim türk runik yazısının tapılması xəbərini bölüşmək istəyirik. Bu, bütün türk dünyası və köçəri xalqlar üçün əlamətdar hadisədir. Biz türk xalqları ilə birgə səmərəli iş sayəsində belə bir kəşfə nail olduq. Bu iş davam edəcək. Biz yalnız bir kompleks açmışıq və daha 9 belə kompleks var -hələ kifayət qədər iş var. Bu tapıntını türk xalqının ilk pasportu adlandırmaq olar”, - deyə Darxan Kıdırəli bildirib.

O qeyd edib ki, elmi kəşfə görə prezident Qasım-Jomart Tokayevdən, Qazaxıstan Respublikasının dövlət müşavirindən, türkdilli ölkələrdən də təbriklər alıblar.

 

"Azərbaycanda artıq bu dərslik üzrə təlimlər keçirilir"

“Bu yaxınlarda türk dünyası üçün ortaq ədəbiyyat, coğrafiya, tarix dərsliklərini tərtib etmişik. Artıq nazirliklərimiz bu sənədi imzalayıb, hər şey təsdiqlənib. Azərbaycanda artıq bu dərslik üzrə təlimlər keçirilir. İndi Qazaxıstanda, Qırğızıstanda və Azərbaycanda bu fənni təhsil proqramlarına daxil edəcəklər”, - BTA-nın prezidenti bildirib.

***

Xatırladaq ki, yuxarıda adı çəkilən külliyəni  Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun alimləri Arxanqay bölgəsinin Nomqon düzündə aşkar ediblər. Alimlər abidənin mətnindən “Tanrı”, “Türk”, “Kutluq”, “Tümen” kimi bir sıra sözləri oxuya biliblər. Və bütün bunlara əsasən, Nomqon kompleksinin Göytürk Xaqanlığını yenidən qurmuş Kültegin və Bilgə Xaqanın atası İltəriş Kutluq Xaqana ithaf edildiyi qənaətinə gəlinib.

Bu külliyə “Türk” adının ilk dəfə çəkildiyi Göytürk dövrünün ən qədim yazılı abidəsi kimi qəbul edilir.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN