48 min 841 abituriyent ali məktəblərə qəbul ounub – DİM-in siyahısına əsasən

Dövlət İmtahan Mərkəzi 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini açıqlayıb.

DİM-in siyahısına əsasən,  ümumilikdə 48 min 841 abituriyent ali məktəblərə qəbul olunub,  4 min 927 yer isə boş qalıb.  Diqqət çəkən odur ki, ən çox böş qalan plan yer 2-ci ixtisas qrupunda olub – 2856 yer.

Beləliklə, I ixtisas qrupu üzrə 15943 abituriyent qəbul olub, 1196 boş plan yeri qalıb.

II ixtisas qrupu üzrə  11558 abituriyent qəbul olub, 2856 boş plan yeri qalıb.

III ixtisas qrupu üzrə 13949 abituriyent qəbul olub, 376 boş plan yeri qalıb.

IV ixtisas qrupu üzrə  3690 abituriyent ali təhsil müəssisələrinə qəbul olub, 408 boş plan yeri qalıb.

V ixtisas qrupu üzrə 3701 abituriyent qəbul olub, 91 boş plan yeri qalıb.

Qeyd edək ki, bu il 1 nəfər beynəlxalq fənn olimpiadası, 46 nəfər respublika fənn olimpiadası, 83 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu, 22 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

Univeritetlər üzrə qəbul olunan tələbələr - 192 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 190 abituriyent isə ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub. Həmçinin, I ixtisas qrupu üzrə 135 abituriyent Azərbaycan-Fransız Universitetinə (UFAZ), 116 abituriyent Koreya Respublikasının İNHA Universitetinin mühəndislik ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq İkili Diplom Proqramı çərçivəsində Bakı Mühəndislik Universitetinə, IV ixtisas qrupu üzrə 125 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 65 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN