Xəbər veridyimiz kimi,  yeni tədris ilinin başlamasına az müddət qalmasına baxmayaraq, bir çox valideyn övladı üçün məktəbli forması tapa bilməməsindən şikayətçidir. 

Avqustun 17-dən Bakı Tikiş Evi məktəbli  formalarının satışına başlayıb. BTE ilə yanaşı "Bravo" marketlər şəbəkəsində də məktəbli formalarının satışı həyata keçirilir. Lakin fabrik təlabatı ödəyə bilmir. Bu problemin yaranma səbəbi fabrikə gec sifariş verilməsi ilə izah olunub.

Qeyd edək ki, fabrik gün ərzində cəmi 500-600 forma tikə bilir. Təlabat ödənilmədiyi üçün Bakı Tikiş Evinin qarşısında və  “Bravo” mağazalarının önündə uzun növbələr yaranıb.

Məsələ ilə bağlı bəzi deputatlar, təhsil ekspertləri də nazirliyə irad və təkliflərini bildiriblər.

***

Elm və Təhsil Nazirliyi  valideynlərin narazılıqlarına münasibət bildirib. 

Qeyd olunub ki, yeni tədris ilinin sonunadək formaların dəyişdirilməsi məcburi deyil və hazırkı geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək istifadə edilə bilər.

 “Bu, Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli qərarında da yer alıb”, -deyə nazirlikdən bildirilib.

 

Y.MƏMMƏDLİ

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN