Filoloq, ədəbiyyatşunas Oktay Kazımovun yazdığı ədəbi tənqid məqaləsi 10-cu sinif “Gürcü dili və ədəbiyyatı” dərsliyinə daxil edilib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə filoloq müsahibəsi zamanı məlumat verib. O bildirib ki, dərsliyə daxil edilən məqalədə söhbət ədəbi tənqiddən gedir: "Mən artıq 2009-cu ildən etibarən, gürcücə qədim və müasir əsərlərlə bağlı məqalə şəklində məktublar yazıram. Belə bir məktublar toplusu kimi, 2012-ci ildə “Ədəbiyyat haqda 129 səhifə” adlı (129 გვერდი ლიტერატურაზე) kitabım nəşr olunub. Kitab Qədim və müasir gürcü və azərbaycanlı şair-yazıçıların əsərləri barədə 12 məktubdan ibarətdir. Həmin məktublardan biri 8-ci əsrdə İovane Sabanisdze adlı müəllifin qələmə aldığı haqioqrafik əsər “Habonun məşəqqəti” adlı yazıdır. Bildiyiniz kimi, 8-ci əsirdə ərəblər buranı fəth etmişdi və burada xəlifə təyin etmişdilər. Bu əsərdə Habo adında bir ərəbin xəlifənin yanı ilə Tbilisiyə gəlməsindən və sonralar burada öz dinini dəyişərək xristianlığı qəbul etməsindən bəhs edilir. Habo öz dinini dəyişmiş biri olduğu üçün mən heç vaxt onun bu addımını düzgün qəbul etmirdim. Bundan başqa, onun bizə müqəddəs biri kimi təqdim olunmasını da qəbul edə bilməzdim. Bu tənqidi məqalə də məhs bu hadisələrdən bəhs edir". Filoloq yazdığı məqalənin kitabda çap olunmasını təsadüfü olduğunu bildirib: Ötən il, Mastsavlebeli.ge saytından şairə Nato İnqoroğva mənimlə əlaqə saxlayaraq sayt üçün yazılar göndərməyimi xahiş etdi. Sayt məktəb pedaqoqları üçün nəzərdə tutulur və mən ora təxminən 5 məqalə göndərdim (onların arasında Mirzə Fətəli Axundzadə haqda yazdığım bir yazı da vardı). “Habonun xəyanəti” yazım da saytda dərc edildi. Dərslik üçün yazımı ordan götürüblər, zira sayt ", - deyə Oktay Kazımov qeyd edib.

 

24News.ge

 

www.24news.ge

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN