"...Məktəb islah koloniyası və çətin tərbiyə olunanlar üçün yer deyil".

 Bu günlərdə Elm və Təhsil Nazirliyinin şagirdlərin məktəb davranışları, həmçinin geyimləri, aksesuarları ... ilə bağlı təlimat (qadağalar - tələblər) hazırlaması ilə razılaşmayanlar var. Bəziləri bunu şagirdlərin azadlığına müdaxilə kimi dəyərləndirir.

Xatırladaq ki, nazirlik  tərəfindən hazırlanmış “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat”da şagirdlərə məktəbdə icazə verilməyən bütün tələblər yer alıb.

Tanınmış pedaqoq Sona Əliyeva təlimatda əksini tapan qaydalardan bəhs edərkən vurğulayıb ki, bu, tövsiyə xarakteri daşımalıdır.

 ”Təhsil müəssisələrində nizam-intizam qaydalarının olması olduqca vacibdir. Lakin bunu qadağa şəklində deyil, tövsiyə xarakterli dilə gətirmək daha düzgün olardı. Çünki məktəb islah koloniyası və çətin tərbiyə olunanlar üçün yer deyil, ona görə də burada nəyisə qadağan etmək düzgün deyil, yalnız tövsiyə etmək lazımdır”, - deyə pedaqoq bildirib.

Qeyd edək ki, nazirliyin təqdim etdiyi təlimatla razılaşanlar da çoxdur və onlar geyimlə bağlı tələblərin şagirdlərin yaşlarına və məktəbə uyğun çərçivədə olmasını dəstəkləyirlər.

 

Y.MƏMMƏDLİ   

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN