Bir neçə gün əvvəl  İmişli rayonu Aranlı kənd 1 nömrəli tam orta məktəbinin  müəllimi Leyla Nəcəfquliyeva sosial şəbəkələrdə məktəblərində uşaqlar üçün tualetin olmadığını bildirən video yaymışdı.

Bundan sonra isə müəllimənin başı dərdə girmişdi. Belkə, o bu müraciətindən sonra təhdid edildiyini bildirmiş və kömək istəmişdi.

Bu gün elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, nazirlik yanında İctimai Şuranın sədri Günel Səfərova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələri həmin məktəbdə olublar və kollektivlə, valideynlərlə səmimi söhbət ediblər.

Söhbət əsnasında nazirin müşaviri Mil-Muğan regionundakı qəzalı vəziyyətdə olan məktəblərin yenidən tikintisi və ya əsaslı təmiri ilə bağlı işlərin davamlı olaraq həyata keçiriləcəyini bildirib.  Elnur Nəsibov diqqətə çatdırıb ki, qəzalı vəziyyətdə olan Aranlı kənd 1 nömrəli tam orta məktəbi üçün cari ildə yeni tədris binasının layihələndirmə işlərinə başlanılacaq.

 Ümid edək ki, problemi gündəmə gətirən Leyla Nəcəfquliyeva da yersiz töhmətdən və qınaqdan qurtulacaq.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN