1-2-ci siniflərin proqramları 3-4-cü siniflərin proqramlarına inteqrasiya olunub.

***

Qazaxıstan Respublikasında təhsil sahəsində növbəti islahatların aparılması nəzərdə tutulur. Artıq düzəliş edilmiş təhsil proqramı modelinin nəzərdən keçirilməsinə başlanılıb.

  Bu prosesə bütün fənlər üzrə 400-dən çox alim və müəllim cəlb olunub.

Təhsil Nazirliyindən verilən məlumata görə, hazırkı modernləşmənin əsas istiqamətləri beynəlxalq təhsil standartlarına uyğun olaraq şagirdin tədris yükünün azaldılması, təbiət və riyaziyyat fənlərinin STEM təhsil yanaşmaları əsasında tədrisinin gücləndirilməsi, habelə təhsil komponentidir.

Lakin qurum struktur əsasların qorunub saxlanılacağını əmin edib.

Dəyişikliklər yalnız tədris məqsədlərinin məzmununa və fənlər üzrə gözlənilən nəticələrə təsir edəcək.

Əsas diqqət milli dəyərlərə və Qazaxıstan vətənpərvərliyinə əsaslanan təhsil komponentinin gücləndirilməsinə, “Tolık Adam” konsepsiyasının müddəalarının inteqrasiyasına yönəldilir.

Artıq pedaqoji ictimaiyyətlə müzakirə olunacaq təhsil proqramının məzmununda bir sıra düzəlişlər edilib.

Məsələn, ibtidai məktəbdə xarici dillərin tədrisinə yanaşma da dəyişəcək.  Xüsusilə, 1-2-ci siniflərin proqramları 3-4-cü siniflərin proqramlarına inteqrasiya olunub.

 5-11-ci siniflər üçün ingilis, alman və fransız dilləri üzrə təhsil proqramının məzmununa da yenidən baxır və s.

 Uşaq Hüquqları Komitəsi sədrinin müavini Yuliya Oveçkina isə uşaqların çantalarının ağırlığı məsələsinə toxunub.

“Birinci sinif şagirdlərinin elə çantaları var ki, sanki hər an ailəni tərk edib yeni həyata başlamağa hazırdırlar”, - deyə O, iradını da bildirib.

 JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN