Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələri ilə bağlı bilmədiyimiz faktı aşkara çıxarıb.

Sən demə, bağçalarda çalışan, azyaşlıların təlim-tərbiyəsi ilə məşğul olan 6 minə yaxın tərbiyəçi- müəllimin yarıdan çoxunun  bu sahə ilə heç bir əlaqəsi yoxdur. Yəni, onların müvafiq sahə üzrə nə ali, nə də də orta ixtisasları var.

Bu barədə nazirlik bəzi bağça müəllimlərinin dərəcəsinin azaldılması ilə bağlı yayılan məlumata aydınlıq gətirərkən bildirib.

Nazirlik KİV-ə açıqlamasında qeyd edilib ki, dövlət məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildikdən sonra həmin müəssisələrdə işçi heyətin məlumatları elektron bazalarda toplanılıb və təhlillər aparılıb.

Və bu zaman ortaya qəribə mənzərə çıxıb: dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 11 300 nəfər tərbiyəçi-müəllimdən 51%-nin (5800 nəfər) məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas təhsili olmayıb.

 Və hazırda nazirliyin əsas hədəfi sertikatlaşmanın tətbiqidir. Bütün bu mənfi halların aradan qaldırılması üçün artıq müsabiqə yolu ilə işə götürmə başlanılıb.

Doğrudan da ağlasığmazdır: Necə ola bilər ki, məktəbəqədər təhsili olmayan şəxslər 6 yaşa qədər uşaqlarla məşğul olmaq üçün işə götürülüblər. Axı azyaşlılar ilə bu sahənin bilicisi olmayan insanlar neçə məşğul ola bilər? Onların bu yaş dövrünə aid bütün biliklərə, məlumatlara sahib olmayan kəslər azyaşlılara hansı təlim-tərbiyəni verəcək,  psixologiyasından baş çıxaracaq, individual yanaşma tərzini, yollarını tətbiq edəcək sabaha hazırlayacaq? Təsəvvür edin, dövlət bağçaları bu gündəymişsə, özəl bağçalarda vəziyyət nə yerdədir?! Elə buna görədir ki, son zamanlar, bağçalarda uşaqlara işgəncə verilməsi faktları da ortaya çıxır. Özbaşınalıqdan istifadə edən bu cür "müəllimlər" istədikləri kimi meydan sulayırlar. Qeyri-peşəkarlar iş başındadır...

Qeyd edək ki, Azərbaycanda uzun illərdir ki, bu sahə üzrə ali və orta pedaqoji məktəbəqədər təhsil  verən təhsil ocaqları fəaliyyət göstərir. Özü də kifayət qədər kadrlar hazırlanır.  Bu sahə üzrə təhsil almış, lakin öz sahəsi üzrə fəaliyyət göstərə bilməyən, işsizlikdən başqa sahələrə üz tutan mütəxəssislərimiz az deyil. Elələri var ümumiyyətlə çalışmaq üçün iş tapmır. Bu gün məhz belələrini aşkarlamaq, işə cəlb etmək lazımdır.

 Yəqin ki, zamanla bu problemin mütləq mənada qarşısı alınmalıdır. Yoxsa gələcəyimiz sual altındadır...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN